00:00:00
Yazar
Zəhra Həsənova
01.09.2026 19:13 200 1 dəq oxuma
Siyasət

"Azərbaycan-İran münasibətlərində balanslı siyasət və regional sabitlik mühüm əhəmiyyət daşıyır" - ŞƏRH

"Azərbaycan-İran münasibətlərində balanslı siyasət və regional sabitlik mühüm əhəmiyyət daşıyır" - ŞƏRH

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin üzləşdiyi çətin vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevə nümayiş etdirdiyi dəstəyə görə təşəkkür edib.

 

Mövzu ilə bağlı "İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki, Pezeşkian Azərbaycanla münasibətlərdə hər zaman müsbət münasibət göstərib:

 

"Seçildiyi ilk gündən etibarən digər prezidentlərdən fərqli olaraq, Azərbaycanla daha yaxın münasibət nümayiş etdirir. Özü azərbaycanlı, türk olduğunu hər zaman vurğulayır və görüşlərdə prezidentlə Azərbaycan dilində danışır. Bu da onun Azərbaycanla münasibətlərində müsbət haldır”.

 

Politoloqun sözlərinə görə, İsrail-İran müharibəsi zamanı Azərbaycanın heç bir tərəfə dəstək verməməsi və balanslı siyasət yürütməsi də İran üçün müsbət amildir:

 

"İranda baş verən hadisələr Azərbaycan üçün də geosiyasi, iqtisadi və siyasi baxımdan narahatlıq doğurur. İran Azərbaycanın yaxın qonşusudur və oradakı proseslər ölkəmizə də təsir göstərə bilər. Bu səbəbdən, Azərbaycan müharibənin sona çatmasının tərəfdarıdır".

 

Ramiyə Mamedova qeyd edib ki, Orta Dəhliz layihəsinin inkişafı və yaxın dövlətlərin bu prosesdə iştirakı Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır:

 

"Layihələrin genişlənməsi logistika və enerji baxımından yeni imkanlar yaradır. Bu baxımdan regionda sabitliyin qorunması vacibdir. Azərbaycan İranla münasibətlərdə balanslı siyasət yürüdür. Pezeşkian Azərbaycana qarşı daha yumşaq mövqe nümayiş etdirir və bu münasibət digər İran rəsmilərinin yanaşmasından fərqlənir. İranda müxtəlif siyasi və güc mərkəzlərinin mövcudluğu ölkənin daxili və xarici siyasətinə təsir göstərir".

 

Nurgün Qənizadə

#daşıyır" #münasibətlərində #mühüm #"azərbaycan-i̇ran #balanslı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər