00:00:00
Yazar
Aysel Mirzəyeva
30.03.2026 20:24 26 2 dəq oxuma
Siyasət

Azərbaycan-İran münasibətlərində yeni dövr başlayır?

Azərbaycan-İran münasibətlərində yeni dövr başlayır?

Xarici İşlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və İran xalqları dostdur, qardaşdır, ortaqdır, biz eyni millətik:

 

“Xüsusilə də, İran xalqının 50 faizi Azərbaycan türkləridir. Belə olan şəraitdə bizim İranla heç vaxt düşmən münasibətlərə marağımız olmayıb, olan da deyil. Amma təəssüflər olsun ki, İranda bunu düzgün qiymətləndirməyiblər və davamlı şəkildə anti-Azərbaycan ritorikasına üstünlük veriblər. Bu baxımdan Ceyhun Bayramov növbəti dəfə İranın Xarici İşlər nazirinin paylaşımına cavab verərkən bu ifadələri işlədib. Yəni bir daha biz xatırladırıq ki, İran xalqı ilə Azərbaycan xalqı arasında bölüşəcək, paylaşılacaq çox ortaq dəyərlər var və onları əsas tutaraq irəli gedə bilərik. Münasibətlərin ümumiyyətlə yaxşılaşması, normallaşması bütövlükdə Güney Qafqazla İran arasında münasibətlərə təkan verə bilər. Çünki Güney Qafqazın kilit ölkəsi Azərbaycandır. Kim burda nəsə iş görmək istəyirsə, mütləq Azərbaycan dövləti ilə hesablaşmalıdır, anlaşmalıdır və eyni zamanda bütövlükdə diplomatik münasibətlərin də irəli aparılması yenə Azərbaycandan asılıdır”.


Həmçinin siyasi şərhçi qeyd edib ki, İrana rəhbərlik edən şəxslər, özəlliklə də xarici siyasətin öncəliklərini müəyyən edənlər bu gerçəkləri nəzərə almalıdırlar:

 

“Yəni Güney Qafqazla işləmək istəyirlərsə, daha effektiv iş qurmaq istəyirlərsə, Azərbaycanla anlaşacaqlar. Azərbaycan xarici siyasətində həmişə müstəqil olub. Bu gün də müstəqildir. Ona görə də, qərblə siyasətimizə bunun hər hansı mənfi təsiri haqqında danışa bilmərik. Və qərbdəki tərəfdaşlarımız da həmişə Azərbaycanın bu mövqeyinə anlayışla yanaşıblar. İstər Amerika Birləşmiş Ştatları olsun, istər Avropa Birliyi, yaxud da ki, başqa-başqa Avropa dövlətləri olsun, əsas tərəfdaş dövlətlər onlar bizim bu seçimimizə hörmətlə yanaşıblar. İrandakı İslam inqilabi keçiləri korpusundan başqa Tərəfsizliyimizi hamı görüb, bilir, anlayır. Onlar hələ də hesab edir ki, Azərbaycan İsrailin tərəfindədir. Yerdə qalan hər kəs hətta İranın prezidenti Pezişqiyan da açıq şəkildə bəyan etdi ki, Azərbaycan bu məsələlərdə tərəf deyil. Yəni bizi hamı anlayışla qarşılayır”.


Günel Əlili

#dövr #azərbaycan #münasibətlərində #azərbaycan-i̇ran #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər