00:00:00
Yazar
Zəhra Həsənova
08.04.2026 21:53 130 1 dəq oxuma
Siyasət

Azərbaycan MDB-nin İcraiyyə Komitəsi ilə bağlı sənədə qeyd-şərtlə qoşulub

Azərbaycan MDB-nin İcraiyyə Komitəsi ilə bağlı sənədə qeyd-şərtlə qoşulub

Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev  “İnformator.az” a açıqlamasında  bildirib ki, Beynəlxalq və regional təşkilatlar adətən üzv dövlətlərin bərabər hüquqlu əməkdaşlığı əsasında yaradılır:


“Commonwealth of Independent States (MDB), Collective Security Treaty Organization (KTMT) və Eurasian Economic Union kimi qurumların yaranmasını bir çox ekspertlər Rusiyanın postsovet məkanında təsirini qorumaq və genişləndirmək cəhdi kimi qiymətləndirir. SSRİ dövründən qalan iqtisadi, mədəni və humanitar əlaqələr bu əməkdaşlıq üçün müəyyən zəmin yaratsa da, Rusiya bu münasibətləri tez-tez siyasi təsir alətinə çevirməyə çalışıb. Vaxt keçdikcə isə keçmiş sovet respublikalarının suverenlik və müstəqillik istiqamətində daha qətiyyətli addımlar atması bu təşkilatlar daxilində fikir ayrılıqlarını artırıb. Ukrayna və Gürcüstan kimi ölkələrin bu qurumlardan uzaq durması, həmçinin Moldova və Ermənistanın fəaliyyətlərini məhdudlaşdırması Rusiyanın cazibəsinin zəiflədiyini göstərir. Bu ölkələr getdikcə Avrointeqrasiya istiqamətinə üstünlük verirlər. Eyni zamanda, MDB daxilində rəhbər vəzifələrin əsasən Rusiya nümayəndələrinə verilməsi (məsələn, Sergey Lebedev uzun illər icraçı katib olub) təşkilatda balansın pozulduğunu göstərir. Bu kontekstdə Azərbaycanın MDB sənədlərinə xüsusi qeyd-şərtlə qoşulması ölkənin milli maraqlarını qorumağa yönəlmiş düzgün və praqmatik addım kimi qiymətləndirilə bilər. Bu yanaşma gələcəkdə Azərbaycanın daha prinsipial mövqe tutacağını göstərir”.


Selcan Xudiyeva

#gündəm #mdb-nin #qoşulub #bağlı #i̇craiyyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər