00:00:00
Yazar
Nərmin Həşimova
23.07.2026 21:23 37 2 dəq oxuma
Siyasət

"Azərbaycan-Özbəkistan münasibətləri hüquqi müstəvidə daha da dərinləşir"- ŞƏRH

"Azərbaycan-Özbəkistan münasibətləri hüquqi müstəvidə daha da dərinləşir"- ŞƏRH

Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətləri müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə və dövlət idarəçiliyi istiqamətində uğurla inkişaf edir. Bu əməkdaşlığın növbəti təzahürü kimi Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri baş tutub.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Niqmatilla Yuldoşevin Azərbaycana işgüzar səfərinin əsas məqsədi iki ölkənin prokurorluq və hüquq-mühafizə orqanları arasında institusional əməkdaşlığı daha da gücləndirmək, qarşılıqlı təcrübə mübadiləsini sistemli xarakterə gətirməkdir:


“Səfərin Milli Məclis səviyyəsində də davam etdirilməsi göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız ayrı-ayrı dövlət qurumları ilə məhdudlaşmır, parlamentlərarası və ümumi siyasi əlaqələri də əhatə edir. Sahibə Qafarova ilə görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsi, dövlət başçılarının siyasi iradəsi nəticəsində əlaqələrin sürətli inkişafı, parlament diplomatiyasının bu prosesə töhfəsi və hüquqi əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub".


Politoloq bildirib ki, səfərin əsas praktik nəticəsi Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında 2027–2028-ci illəri əhatə edən Əməkdaşlıq Proqramının imzalanmasıdır:


“Bu sənəd prokurorluq əməkdaşlarının bilik və peşə bacarıqlarının artırılmasını, təcrübə və məlumat mübadiləsini, cinayətkarlığa, korrupsiyaya və digər transsərhəd hüquq pozuntularına qarşı birgə fəaliyyətin gücləndirilməsini nəzərdə tutur. Beləliklə, səfər zamanı sadəcə ümumi niyyətlər ifadə olunmayıb, əməkdaşlığın növbəti mərhələsi üçün konkret fəaliyyət çərçivəsi müəyyən edilib. Bu da Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın hüquq-mühafizə və qanunun aliliyinin təmin olunması istiqamətində də dərinləşdiyini göstərir".


Mehriban Yariyeva

#azərbaycan #dərinləşir"- #şərh #"azərbaycan-özbəkistan #müstəvidə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər