00:00:00
Yazar
Güllər Gülhüseynova
23.08.2026 17:00 115 1 dəq oxuma
Siyasət

Azərbaycan Prezidenti: Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir

Azərbaycan Prezidenti: Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir

Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir. 
 

"İnformator.az" xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib. 

 

“Biz ikitərəfli formatda iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Bu, avtomatik olaraq baş verir. Həmçinin Cənubi Qafqazda gedən müsbət proseslərlə bağlı verdiyiniz qiymətə görə sizə təşəkkür etmək istərdim. Cənubi Qafqazda sülhün təmin olunması nəticəsində bu gün region nəhayət rahat nəfəs ala və dinc inkişafın üstünlüklərini görə bilər”, - deyə dövlət başçısı qeyd edib.

#beynəlxalq #təşkilatlarda #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər