00:00:00
Yazar
Güllər Gülhüseynova
18.09.2026 22:01 121 3 dəq oxuma
Siyasət

Azərbaycan-Qırğızıstan müttəfiqliyi: TDT-də təhlükəsizlik əməkdaşlığında yeni mərhələ

Azərbaycan-Qırğızıstan müttəfiqliyi: TDT-də təhlükəsizlik əməkdaşlığında yeni mərhələ

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə keçid iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə şərait yaradıb. Xüsusilə müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin genişlənməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın koordinasiyası baxımından diqqət çəkir. Bəs Azərbaycan-Qırğızıstan müttəfiqliyi TDT-də təhlükəsizlik əməkdaşlığına hansı imkanları yaradır?

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Qırğızıstan arasında çoxtərəfli əməkdaşlıq formatı var:

 

“Bu, iqtisadi, təhsil, humanitar və ayrıca olaraq təhlükəsizlik sahələrini əhatə etməkdədir. Nəzərə almaq lazımdır ki, iki ölkənin təkcə tarixi-mədəni əlaqələri deyil, həm də son dövrlərdə müxtəlif istiqamətlərdə inkişaf edən əlaqələri sıx birləşməkdədir. Xatırlatmaq istəyirəm ki, 2022-ci ildə Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq razılaşması imzalanmışdır. Bu, münasibətlərin inkişafına ciddi təkan vermişdir. 2026-cı ildə isə daha bir mühüm hadisə baş verdi. Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri quruldu. Bu isə Azərbaycan-Qırğızıstan münasibətlərinin tamamilə yeni bir mərhələyə keçdiyini göstərmiş oldu. Sözsüz ki, artıq müttəfiqlik münasibətləri həm də təhlükəsizlik sahəsində əməkdaşlığı önə çıxarır. Nəzərə almaq lazımdır ki, Azərbaycan həm də “Orta Asiya plus Azərbaycan” formatında Orta Asiya ölkələri ilə geniş əməkdaşlıq qurmaqdadır. Bu mənada Qırğızıstan və Azərbaycan əməkdaşlığı da dinamik inkişaf etməkdədir. Həm müdafiə və təhlükəsizlik, eyni zamanda, xarici olaraq, kibertəhlükəsizlik tədbirlərinin birgə görülməsi istiqamətində tərəflər arasında keyfiyyətli ünsiyyət mövcuddur. Türk Dövlətləri Təşkilatı çərçivəsində, təbii ki, digər sahələrlə yanaşı, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da prioritet təşkil edir. Xüsusilə olaraq xatırlatmaq istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini dəfələrlə önə çəkib”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, 2025-ci ildə Türk Dövlətləri Təşkilatının 12-ci sammiti  Qəbələdə baş tutub və bu sammit çərçivəsində strateji əməkdaşlığın müxtəlif aspektləri, eyni zamanda, təhlükəsizlik sahəsində əməkdaşlıq geniş müzakirə olunub:

 

“Bir neçə gün öncə daha bir əlamətdar hadisə baş verdi. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin təhlükəsizlik şuralarının katibləri Bakıda bir araya gəldilər. Bunun özü də ondan xəbər verir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik məsələləri üzrə sıx əməkdaşlıq qurulmaqdadır. Sözsüz ki, bu mənada Azərbaycan-Qırğızıstan arasında da təhlükəsizlik sahəsində əməkdaşlıq inkişaf etdirilməkdədir. Bir də sualınızın o biri hissəsinə cavab verim. Təbii ki, ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı arasında istənilən istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi, ümumilikdə, təşkilat çərçivəsində etibarlı əməkdaşlıq sisteminin qurulmasına xidmət edir. Bu baxımdan Azərbaycan-Qırğızıstan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında sözügedən istiqamətdə, yəni müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin mühüm hərəkətverici qüvvəsini təşkil edir. Yəni, bu, olduqca mühüm bir komponentdir ki, Azərbaycan və Qırğızıstan öz aralarında hərtərəfli əməkdaşlıq və həm də ayrıca olaraq təhlükəsizlik sahəsində əməkdaşlıq inkişaf etdirməklə, ümumilikdə, Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində fəaliyyətin və əməkdaşlığın koordinasiya olunması imkanlarını genişləndirir”.

 

Güllər Gülhüseynova

#azərbaycan-qırğızıstan #müttəfiqliyi: #azərbaycan #yeni #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər