00:00:00
Yazar
Nərmin Həşimova
24.11.2026 16:26 45 1 dəq oxuma
Siyasət

Azərbaycan-Türkiyə layihələri: Avrasiyanın enerji və nəqliyyat xəritəsində yeni mərhələ

Azərbaycan-Türkiyə layihələri: Avrasiyanın enerji və nəqliyyat xəritəsində yeni mərhələ

Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri Avrasiyanın geosiyasi və geoiqtisadi mənzərəsinə təsir göstərərək Avropa ilə Asiya arasında yeni bağlantı imkanları yaradıb. Bu əməkdaşlıq hər iki ölkənin regional və beynəlxalq mövqeyinin güclənməsində mühüm rol oynayır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycan və Türkiyə coğrafi mövqelərini real geoiqtisadi üstünlüyə çevirməyi bacarıb:

 

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP və digər birgə layihələr Azərbaycanın enerji və tranzit imkanlarını genişləndirib, Türkiyənin isə Avropa ilə Asiya arasında mühüm nəqliyyat və enerji qovşağına çevrilməsinə töhfə verib. Xüsusilə Orta Dəhliz bu əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır. Çünki bu marşrut Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirir. Sözügedən layihələr hər iki ölkəyə iqtisadi gəlir, investisiya və siyasi dividendlər qazandırmaqla yanaşı, onların beynəlxalq ticarət və enerji təhlükəsizliyində rolunu da artırır. Hesab edirəm ki, Azərbaycan və Türkiyə coğrafi mövqelərini real geoiqtisadi üstünlüyə çevirməyi bacarıblar. Bu əməkdaşlıq gələcəkdə də Avrasiyanın nəqliyyat və enerji xəritəsinin formalaşmasına təsir göstərəcək”.


Güllüzar Nəbili

#mərhələ #xəritəsində #xəbər #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər