00:00:00
Yazar
Hüseynova Mələk
16.10.2026 16:28 35 1 dəq oxuma
Siyasət

Azərbaycan-Türkiyə münasibətlərindəki gərginlik

Azərbaycan-Türkiyə münasibətlərindəki gərginlik

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyətini, ikitərəfli əlaqələrdəki son prosesləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri yaranmış gərginlikdən sonra hələ əvvəlki səviyyəyə qayıtmayıb:

 

“Türkiyədən Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilən yanaşmalara rəsmi səviyyədə münasibət bildirilməyib, Azərbaycan tərəfi isə hakim partiyanın bəyanatları ilə etirazını ifadə edib. Hakan Fidanın Bakıya səfərini müsbət addım hesab edən şərhçi iki ölkənin qardaş olduğunu, anlaşılmazlıqların düşmənçiliyə çevrilməsinə ehtiyac olmadığını vurğulayıb. Onun sözlərinə görə, Fidan münasibətlərin soyumasında əsas rol oynayan fiqur olmadığı kimi, onların normallaşmasında da həlledici tərəf deyil. Yaranmış narazılıqların aradan qaldırılması üçün Türkiyə rəhbərliyi ilə Azərbaycan Prezidenti arasında görüş vacibdir. Türkiyə Prezidentinin Azərbaycana səfəri və ya ayın sonunda Türkiyədə keçiriləcək zirvə görüşündə iki dövlət başçısının təması münasibətlərin normallaşmasına kömək edə bilər. Azərbaycan-Türkiyə münasibətlərindəki sərinliyin aradan qaldırılmasının hər iki ölkə üçün əhəmiyyətli olduğunu bildirərək, Türkiyə hakimiyyətinin əlaqələrə mənfi təsir göstərən qrupların fəaliyyətini məhdudlaşdırmaq üçün addımlar atmasının vacibliyini qeyd edib”.

 

Fatimə Hüseynova

 

#Azərbaycan #Türkiyə #münasibət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər