00:00:00
Yazar
Lalə Qafarova
15.02.2026 16:44 227 1 dəq oxuma
Siyasət

Azərbaycan Ukraynaya generatorlar və xilasetmə avadanlığı verib

Azərbaycan Ukraynaya generatorlar və xilasetmə avadanlığı verib

Azərbaycan Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə generatorlar və digər zəruri avadanlıqlar təqdim edib.

 

Mövzu ilə bağlı politoloq Fuad Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardım nə ilkdir, nə də son olacaq və bu addım dünya ictimaiyyətinə Azərbaycanın Ukrayna müharibəsinə münasibətini göstərir:

 

“Ukraynaya göndərilən yardım, ilk növbədə, oradakı insanların ehtiyacları üçün ayrılmış vəsaitdir. Azərbaycan müharibədən zərər görmüş ölkə kimi mülki əhalinin çəkdiyi əziyyətləri çox yaxşı başa düşür və buna görə də Ukrayna xalqına əlindən gəldiyi qədər yardım etməyə çalışır. Eyni zamanda, bu addım Avropa Birliyinə və Qərb dünyasına ünvanlanan bir mesajdır ki, Azərbaycan Ukrayna müharibəsinə laqeyd deyil. Bununla belə, Azərbaycan heç bir tərəfi açıq şəkildə dəstəkləmir, həm Ukrayna, həm də Rusiya ilə balanslaşdırılmış siyasət yürüdür. Göndərilən yardım hərbi deyil, tamamilə humanitar xarakter daşıyır. Regional nüfuz baxımından dünya dövlətləri Azərbaycanın bu addımını diqqətlə izləyirlər. Bu təşəbbüsə xüsusi tərif və ya rəsmi qiymətləndirmə verilməsə də, bu addım Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyinə müsbət təsir göstərir. Azərbaycanın humanitar təşəbbüsləri müharibənin ilk günlərindən davam edir və bu, dünya ictimaiyyətinə verilən açıq mesajdır ki, Azərbaycan Ukrayna xalqının çəkdiyi əziyyətlərə biganə deyil”.

 

Selcan Xudiyeva

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər