00:00:00
Yazar
Asiman Vəliyeva
30.04.2026 21:02 18 1 dəq oxuma
Siyasət

Azərbaycan və Ermənistan delimitasiya layihələri razılaşdırıb

Azərbaycan və Ermənistan delimitasiya layihələri razılaşdırıb

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası istiqamətində aparılan danışıqlarda növbəti mühüm addım atılıb. Ağverəndə keçirilən son iclasda tərəflər sərhədin müəyyənləşdirilməsi prosesinə dair bir neçə mühüm təlimat layihəsini razılaşdıraraq mübadilə ediblər. Bu, iki ölkə arasında sərhəd məsələlərinin hüquqi və texniki əsaslarla həllinə doğru irəliləyiş kimi qiymətləndirilir. Eyni zamanda, tranzit yüklərin daşınması və neft məhsullarının tədarükü kimi məqamlar tərəflər arasında iqtisadi əlaqələrin formalaşmağa başladığını göstərir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirir ki, bu gün Azərbaycan və Ermənistan arasında keçirilən görüş çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunub:


“Görüş zamanı dövlətlərarası münasibətlərin mövcud vəziyyəti, regional təhlükəsizlik və əməkdaşlıq imkanları geniş şəkildə nəzərdən keçirilib. Tərəflər arasında təmasların müəyyən dövrlər üzrə davam etdirilməsi razılaşdırılıb. Xüsusilə qeyd olunmalıdır ki, demokratik islahatlarla bağlı konkret addımlar artıq iki il əvvəl atılmağa başlanmış və bu proses müəyyən nəticələr verib. Bu istiqamətdə görülən işlər innovativ yanaşmalar və yenilənmə meyilləri ilə də qiymətləndirilir. Eyni zamanda, bəzi məsələlərlə bağlı neqativ yanaşmaların mövcud olduğu da bildirilib və bu mövqelərə cavab xarakterli fikirlər səsləndirilib. Bu, tərəflər arasında açıq dialoqun mövcudluğunu göstərir. Gələcək mərhələdə keçiriləcək görüşlərin, imzalanacaq sənədlərin və əldə olunacaq razılaşmaların prosesin sürətlənməsinə və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir”.


Ədilə Hüseynzadə

#gündəm #razılaşdırıb #layihələri #baki #delimitasiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər