00:00:00
Yazar
Aysel Mirzəyeva
07.04.2026 21:39 20 2 dəq oxuma
Siyasət

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər güclənir

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər güclənir

Maka Boçorişvili Azərbaycanla strateji tərəfdaşlığın daha da gücləndirilməsinə ümid etdiyini bəyan edib.


Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin tarixi əhəmiyyəti çox böyükdür:

 

“Yəni iki ölkə eyni inkişaf yolunu keçib və hər zaman qarşılıqlı şəkildə bir-birlərinin münasibətlərinin normal olmasına çalışıblar və bu münasibətlərin pozulmasına heç bir zaman nə Bakı, nə Tiflis imkan verməyib. Bu gün Azərbaycan və Gürcüstan arasında həm mehriban qonşuluq münasibətləri, həm də çox yaxın dostluq və strateji əlaqələr yüksək səviyyədədir. Xüsusilə, enerji sektorunda iki ölkə arasında güclü əməkdaşlıq var. Eyni zamanda Azərbaycan və Gürcüstan bir neçə platformada birlikdə iştirak edirlər. Beynəlxalq münasibətlər sistemində tərəfdaş ölkə kimi çıxış edirlər və ən əsası iki ölkə çalışır ki, bir-birinin maraqlarını hər zaman müdafiə etsin. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri bu xüsusda çox önəmlidir. Gürcüstanda dövlət başçısı çox önəmli görüşlər keçirib və Gürcüstan olduqca yüksək səviyyədə qarşılayıb. Onun həm ölkə Prezidenti ilə, həm baş nazir ilə, həm də iqtidar partiyasının rəhbərliyi ilə keçirdiyi görüşlər zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonrakı inkişaf mərhələləri də geniş şəkildə müzakirə edilib. Azərbaycana Gürcüstanda çox böyük önəm verilir. Gürcüstan Xarici İşlər nazirinin verdiyi bu bəyanat da, əlbəttə ki, ikitərəfli münasibətlərin bundan sonrakı inkişafında mühüm töhfə verəcək xüsusi addımdır”.

 

Günel Əlili

#gündəm #gürcüstan #xəbər #arasındakı #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər