00:00:00
Yazar
Səmayə Səftərova
25.09.2026 20:19 35 1 dəq oxuma
Siyasət

Azərbaycan və İndoneziya arasında dağ-mədən sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan və İndoneziya arasında dağ-mədən sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüşüb.

 

“İnformator.az” xəbər verir ki, görüşdə Azərbaycan və İndoneziya arasında dağ-mədən sahəsində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, investisiya tərəfdaşlığı və ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub.

 

Zakir İbrahimov “AzerGold”un 10 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər və strateji inkişaf hədəfləri barədə məlumat verib. Bildirilib ki, şirkətin növbəti inkişaf mərhələsində əsas prioritetlərindən biri beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirmək, xarici tərəfdaşlarla Azərbaycanda və ölkə xaricində birgə layihələr həyata keçirmək, həmçinin yeni ixrac bazarlarına çıxmaqdır. Görüşdə Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üzrə Dövlət Proqramının yaratdığı imkanlara da toxunulub. Berlian Helmi sənəddə müəyyənləşdirilən prioritetlərin İndoneziyanın dağ-mədən sənayesində həyata keçirdiyi inkişaf siyasəti ilə üst-üstə düşdüyünü bildirib.

 

Səfir İndoneziyanın sürətlə inkişaf edən metallurgiya sənayesinin böyük həcmdə dəmir filizi idxal etdiyini və ölkəsinin xammal tədarük mənbələrini şaxələndirməkdə maraqlı olduğunu vurğulayıb. O, gələcəkdə Azərbaycandan dəmir filizi və yüksək əlavə dəyərli metallurgiya məhsullarının İndoneziyaya tədarükü imkanlarının nəzərdən keçirilə biləcəyini qeyd edib. Tərəflər İndoneziyanın aparıcı dağ-mədən şirkətləri ilə mümkün tərəfdaşlıq modelləri barədə də fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə işgüzar əlaqələrin qurulması barədə razılığa gəliblər.

 

 

#AzerGold #dağ- mədən #investisiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər