00:00:00
Yazar
Səadət Əlizadə
13.05.2026 18:17 20 1 dəq oxuma
Siyasət

Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub

Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanan 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndə heyəti ölkəmizə səfər edib. 
 

"İnformator.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib 
 

​HHQ-də keçirilən görüşdə ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hərbi aviasiya və hava hücumundan müdafiə üzrə əməkdaşlıqların da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. 
Tərəflər, həmçinin Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.


​Qeyd edək ki, səfərin başlıca məqsədi hər iki ölkənin HHQ-ləri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

#xəbər #hhq #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər