00:00:00
Yazar
Asiman Vəliyeva
02.03.2026 21:02 22 2 dəq oxuma
Siyasət

Azərbaycan və Özbəkistan XİN rəhbərləri müttəfiqlik münasibətlərini müzakirə ediblər

Azərbaycan və Özbəkistan XİN rəhbərləri müttəfiqlik münasibətlərini müzakirə ediblər

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı istiqamətində növbəti diplomatik təmas baş tutub. İki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşdə siyasi dialoqun genişləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində politoloq Turab Rzayev bildirir  ki, hazırda Azərbaycan tarixi, dili, dini, mədəniyyəti və etnik bağları olan ölkələrlə iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirməyi əsas məqsədlərindən biri kimi müəyyənləşdirib:

 

“Bu istiqamətdə ilk mühüm addım Türkiyə ilə atılıb. İki ölkə arasında imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar nəticəsində münasibətlər strateji ittifaq səviyyəsinə yüksəldi. Daha sonra Azərbaycan Türk dünyasına açılım siyasətini həyata keçirməyə başlayıb. Türk coğrafiyasında yerləşən dövlətlərlə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla münasibətlər daha da genişləndirilib. Xüsusilə, son dövrlərdə Türkmənistanla əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Qırğızıstan və Özbəkistanla münasibətlərin inkişafı da xüsusi maraq doğurur”.


Ekspertin sözlərinə görə faktiki olaraq bu ölkələrlə Azərbaycan arasında birgə platformalar, ortaq fondlar və investisiya mexanizmləri yaradılıb:

 

“Birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün konkret mexanizmlər formalaşdırılıb. Ölkələr arasında ticarət dövriyyəsi artıb və tərəflər müxtəlif iqtisadi və siyasi sahələrdə bir-birini dəstəkləməyə davam edir. İmzalanmış müqavilələr çərçivəsində sahəvi tədbirlərin sayı artıb. Mövcud əməkdaşlıq səviyyəsi kifayət hesab edilmir və daha yüksək aktivlik gözlənilir. Proqnozlaşdırılır ki, yaxın gələcəkdə Azərbaycanla Özbəkistan arasında iqtisadi münasibətlər daha da yüksələrək yeni mərhələyə qədəm qoyacaq. Eyni zamanda bu dinamika siyasi müstəvidə də özünü göstərir və ikitərəfli münasibətlər davamlı şəkildə möhkəmlənir”.

 

Eyni zamanda ekspert qeyd edir ki, orta dəhliz məsələsi xüsusi maraqlı bir məsələdir:

 

“ Aydındır ki, Orta Dəhliz Azərbaycan və Özbəkistan arasında keçməklə həyata keçirilə bilər. Azərbaycan maraqlıdır ki, mümkün qədər burada şaxələnmə olsun, şaxələnmə olsun ki, enerji hər hansı bir yoldan asılı mövcud olmasın. Yəni, hər hansı bir yol bağlansa, alternativ olaraq sadə istifadə ediriksə, biz qazı demək yolundan istifadə eləyirik, eyni zamanda gəncədən də dəmir yolu çəkilməsinə çalışırıq. İndi şəxslərdə deyək ki, digər tərəfdən, məsələn, Türkmənistan portlarını istifadə eləyək, Qazaxıstan portlarını istifadə eləyək və Çinlə Qazaxıstan və ya Qırğızıstan arasında keçmək üçün istifadə eləyirik. Bu şəkildə biz istifadə eləmək olar və ümumiyyətlə, maraqlıdır ki, mərkəzi rol oynasın Orta Dəhlizdə, xaricə istiqamətində. Düşünürəm, gələcəkdə Özbəkistanla Azərbaycan arasındakı iqtisadiyyatlar artacaq”.

 

Ədilə Hüseynzadə

#ediblər #müzakirə #xəbər #özbəkistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər