Azərbaycan və Rusiya dekabrda parlamentlərarası əməkdaşlıq komissiyasının iclasını keçirəcək
Azərbaycan Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti, 25-ci iclası 2026-cı ilin dekabrında Moskvada keçiriləcək.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına əsasən bildirib.
Onun sözlərinə görə, komissiyanın əvvəlki iclası 2026-cı ilin iyununda Bakıda baş tutub.
"Hökumətlərarası əlaqələrin, o cümlədən ölkələrimizin hökumət sədrləri səviyyəsində dinamik inkişafını, fəal parlamentlərarası dialoqu alqışladıq. İyunun 18-də Bakıda Parlamentlərarası komissiyanın növbəti iclası keçirilib və onun 25-ci yubiley iclası bu ilin dekabrında Moskvada keçiriləcək".