00:00:00
Yazar
Cavahir Əsgərbəyli
07.05.2026 14:59 17 1 dəq oxuma
Siyasət

Azərbaycan və San-Marino arasında təbii qaz sahələrində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan və San-Marino arasında təbii qaz sahələrində əməkdaşlıq imkanları müzakirə edilib

Bakıda Azərbaycan və San-Marino Respublikası arasında təbii qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanlarını müzakirə edilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində paylaşım edib.


"San-Marino Respublikasının maliyyə və büdcə, nəqliyyat və energetika naziri Marko Qatti və əmək, iqtisadi proqramlaşdırma, Dövlət Xidmətləri Muxtar Qurumu ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiya naziri Alessandro Bevitori ilə görüşdə təbii qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib. Enerji təhlükəsizliyi, yaşıl keçid və qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - paylaşımda qeyd olunur.

#san-marino #arasında #qaz #əməkdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər