00:00:00
Yazar
Zəhra Həsənova
16.02.2026 19:25 15 2 dəq oxuma
Siyasət Özəl

Azərbaycan və Serbiya bir-birinə müxtəlif istiqamətlərdən ehtiyacı olan ölkələrdir - ŞƏRH

Azərbaycan və Serbiya bir-birinə müxtəlif istiqamətlərdən ehtiyacı olan ölkələrdir - ŞƏRH

Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən, Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki,  iki ölkə arasında əməkdaşlığın perspektivləri kifayət qədər real və genişdir:

 

"Serbiya Azərbaycan üçün çoxtərəfli əməkdaşlıq baxımından əlverişli məkandır. Azərbaycan da Serbiya üçün iqtisadi, ticarət, enerji və investisiya sahələrində böyük imkanlara malik tərəfdaşdır. Hər iki ölkə müstəqil və iradəli siyasət yürüdür, daxili və xarici siyasətini kənar təzyiqlər əsasında deyil, milli maraqlara uyğun şəkildə formalaşdırır. Regional və geosiyasi reallıqlara yanaşmada da oxşar mövqe mövcuddur ki, bu da münasibətlərin strateji xarakterini gücləndirir. Serbiya Azərbaycanın qaz ixrac etdiyi 16 ölkədən biridir və enerji əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ixrac etdiyi qaz Serbiyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, aqrar məhsulların ixracı, qarşılıqlı investisiyalar, enerji layihələri və elektrik stansiyalarının tikintisi istiqamətində geniş imkanlar var. İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsi siyasi və diplomatik münasibətləri də möhkəmləndirir. Azərbaycan Çindən Avropaya uzanan mühüm tranzit marşrut üzərində yerləşdiyi üçün Avropada dost və tərəfdaş ölkələrin sayının artması strateji əhəmiyyət kəsb edir. Serbiya-Azərbaycan əməkdaşlığı həm iqtisadi maraqların üst-üstə düşməsi, həm də qlobal proseslərə ortaq baxış baxımından geniş perspektivə malikdir".

 

Qəmər Kazımzadə

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər