00:00:00
Yazar
Zəri Bayramlı
24.10.2026 11:24 29 1 dəq oxuma
Siyasət

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib.

 

"İnformator.az" xəbər verir ki, nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqlədiyi bildirilib.

 

Qeyd olunub ki, Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqun təşviqinə və hamı üçün daha dinc, ədalətli və təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək.

#günü #gündəm #bağlı #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər