00:00:00
Yazar
Səadət Əlizadə
24.09.2026 15:02 42 1 dəq oxuma
Siyasət

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana Xəzər dənizində keçirilən hərbi təlim zamanı hərbçilərin həlak olması ilə əlaqədar başsağlığı verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

 

"Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, onların ailələrinə bu ağır günlərdə güc və səbir versin. Hazırda itkin düşənlərin sağ-salamat xilas ediləcəyinə ümid edir, yaralanan hərbçiyə isə tezliklə şəfa diləyirik", - paylaşımda bildirilib.

#yeni #başsağlığı #gündəm #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər