00:00:00
Yazar
Zəhra Həsənova
05.05.2026 21:09 24 2 dəq oxuma
Siyasət

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana gübrə göndəriləcək

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana gübrə göndəriləcək

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, Prinsip etibarilə bu tip daşımalar və ilkin iqtisadi təmaslar yeni deyil:

 

"Daha əvvəl də Azərbaycan-dan Ermənistan-a birbaşa enerji və yanacaq məhsullarının göndərilməsi halları olub. Bundan başqa, Qazaxıstan-dan Ermənistana və oradan da Rusiya-ya məhsulların tranzit daşınması həyata keçirilib. Bu faktlar göstərir ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi artıq iqtisadi sahədə də özünü göstərməyə başlayıb.
Bu, ümumilikdə müsbət haldır və regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Əgər əvvəllər regionun əsas problemi kimi Qarabağ münaqişəsi ön planda idisə, indi normallaşma və sülh danışıqları mərhələsinə keçid müşahidə olunur. Bu prosesin müsbət istiqamətdə inkişaf etdiyi görünür. İlham Əliyev-in Ermənistanda keçirilən sammitə onlayn qoşulması, eləcə də Şahin Mustafayev-in İrəvana səfəri kimi hadisələr sülh sazişinin imzalanmasının uzaqda olmadığını göstərən addımlar kimi qiymətləndirilə bilər. İqtisadi proseslər də paralel şəkildə inkişaf edir. Hərçənd bu dəyişikliklər hələ radikal xarakter daşımır, lakin ilkin təmaslar baxımından müsbət dinamika müşahidə olunur".


Politoloqun sözlərinə görə, Ermənistanla iqtisadi münasibətlərin normallaşması Azərbaycan üçün yeni bazar imkanları yaradır:

 

" Azərbaycan enerji məhsullarını ixrac etməklə Ermənistan bazarında mövqeyini gücləndirə və müəyyən iqtisadi təsir imkanları əldə edə bilər. Digər tərəfdən, iki ölkə arasında əməkdaşlığın genişlənməsi tranzit imkanlarını da artırır. Bu isə gələcəkdə enerji məhsullarının Avropa bazarına çıxarılmasını daha da asanlaşdıra və genişləndirə bilər. Hazırda Azərbaycan əsasən Gürcüstan və Türkiyə üzərindən TANAP və TAP layihələri vasitəsilə enerji resurslarını Avropaya nəql edir. Gələcəkdə isə Ermənistan üzərindən də alternativ tranzit marşrutlarının formalaşması mümkündür. Bu cür yanaşma xüsusilə, Avropa Birliyi üçün maraqlıdır, çünki enerji təchizatının şaxələndirilməsi Avropanın strateji prioritetlərindən biridir. Beləliklə, regionda sülhün möhkəmlənməsi təkcə siyasi deyil, həm də iqtisadi baxımdan yeni imkanlar yarada bilər".

 

Selcan Xudiyeva

#gübrə #baki #keçməklə #ermənistana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər