00:00:00
Yazar
Zəhra Həsənova
13.05.2026 21:20 20 1 dəq oxuma
Siyasət

Azərbaycanın Kanadadakı səfirliyinin konsulluq bölməsi 5 gün fəaliyyət göstərməyəcək

Azərbaycanın Kanadadakı səfirliyinin konsulluq bölməsi 5 gün fəaliyyət göstərməyəcək

Azərbaycanın Kanadadakı səfirliyi vətəndaşlara müraciət edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehtiyev “İnformator.az” a açıqlamasında bildirib ki,bu, sadəcə konsulluq məlumatlandırmasıdır və vətəndaşların müraciətlərini planlaşdırmasına xidmət edir:

 

“Hesab edirəm ki, bu  bir konsulluq məlumatıdır, bu müraciəti siyasi və ya təhlükəsizlik xəbərdarlığı kimi qiymətləndirmək lazım deyil.  Səfirliyin konsulluq bölməsi bayram günləri ilə əlaqədar bir neçə gün fəaliyyət göstərməyəcək və bu barədə vətəndaşlara əvvəlcədən məlumat verilir. Belə elanların əsas məqsədi xaricdə yaşayan və ya səfərdə olan Azərbaycan vətəndaşlarının sənəd və digər konsulluq müraciətlərini vaxtında planlaşdırmasına kömək etməkdir. Çünki konsulluq xidməti xaricdəki vətəndaş üçün dövlətlə əsas əlaqə vasitəsidir. Bu hadisəni Azərbaycan-Kanada münasibətlərində gərginlik və ya xüsusi siyasi mesaj kimi təqdim etmək üçün əsas yoxdur. Əksinə, bu, vətəndaşların məlumatlandırılması və konsulluq xidmətlərinin düzgün təşkil olunması baxımından normal diplomatik praktikadır. Eyni zamanda bu cür elanların əhəmiyyətini azaltmaq olmaz. Çünki xaricdəki vətəndaş üçün konsulluq xidməti təkcə sənəd məsələsi deyil, həm də hüquqi müdafiə və fövqəladə hallarda dövlətlə əlaqə mexanizmidir. Ona görə də səfirliklərin əvvəlcədən xəbərdarlıq etməsi vətəndaşların təhlükəsizliyi və hüquqlarının qorunması baxımından vacibdir”.

Arzu Poladova

#konsulluq #göstərməyəcək #səfirliyinin #gün
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər