00:00:00
Yazar
Ayan Sadi
02.09.2026 23:14 41 2 dəq oxuma
Siyasət

Azərbaycanın Mərkəzi Asiya strategiyası - Şərqlə Qərb arasında artan geoiqtisadi və siyasi imkanlar

Azərbaycanın Mərkəzi Asiya strategiyası - Şərqlə Qərb arasında artan geoiqtisadi və siyasi imkanlar

Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında artan əlaqələri ölkənin iqtisadi və siyasi imkanlarını genişləndirir.

 

Mövzu ilə bağlı”İnformator.az”a açıqlamsında politoloq Tural İrfan bildirib ki,Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında əsas nəqliyyat və geoiqtisadi qovşağa çevrilir ki, bu da ölkə üçün böyük strateji üstünlüklər yaradır:

 

 

“Orta Dəhliz, yəni Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınan yüklərin həcminin artması ölkənin logistika və nəqliyyat sektorundan əldə etdiyi gəlirləri artırır. Bütün bu yönlərdən ticarətin şaxələnməsi müşahidə olunur ki, nəticədə Avropa ölkələri də bu prosesdən yararlanır. Həmçinin Mərkəzi Asiya ölkələri və Çinlə ticarət dövriyyəsinin genişlənməsi yeni bazar imkanları açır. Xəzər dənizi üzərindən "yaşıl enerji" və ənənəvi enerji resurslarının Avropaya və digər bazarlara ötürülməsi iqtisadi potensialı gücləndirir. Bütün bunlarla parelel olaraq Dəmir yolları, limanlar və rəqəmsal bağlantıların inkişafı yerli iqtisadiyyatın modernləşməsini sürətləndirir”.

 

Politoloq qeyd edib ki,Azərbaycan sadəcə sərhəd deyil, Şərqlə Qərb, eləcə də Qlobal Cənub ilə Qlobal Şimal arasında etibarlı tərəfdaş və funksional körpü kimi mövqeyini möhkəmləndirməkdədir

 

 

Şanxay Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli platformalarda fəal təmsilçilik ölkənin regional və qlobal qərarlara təsir imkanlarını artırır. Bir neçə güc mərkəzi ilə balanslı və işlək münasibətlərin saxlanılması Azərbaycanın beynəlxalq sistemdə strateji çəkisini yüksəldir. Beləliklə Azərbaycan Mərkəzi Asiya və Avropa arasında mühüm əhəmiyyət kəsb edən ölkəyə çevrilir, eyni zamanda bu əlaqələr ölkənin özünün də geniş masştabda iqtisadi və siyasi imkanlarını artırır.

 

Nurgün Qənizadə

#qərb #asiya #xəbər #imkanlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər