00:00:00
Yazar
Elmira Ağayeva
24.09.2026 22:25 28 2 dəq oxuma
Siyasət

Azərbaycanın regional rolu Bakı–Vaşinqton gündəmində

Azərbaycanın regional rolu Bakı–Vaşinqton gündəmində

ABŞ Konqresinin üzvü Azərbaycanın regionda açar rolunu təsdiqləyib.

Konqres səviyyəsində səslənən mesaj Bakı–Vaşinqton münasibətlərində regional əməkdaşlığın əhəmiyyətini artırır.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,ABŞ Konqresinin üzvü Co Uilsonun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Azərbaycanın regiondakı açar rolunun vurğulanması Bakı–Vaşinqton münasibətləri baxımından diqqətçəkən siyasi mesajdır:

“Görüşdə Azərbaycan–ABŞ strateji münasibətləri ilə yanaşı, uzunmüddətli regional təhlükəsizlik, sülh və sabitliyin təmin olunmasında ABŞ Konqresi ilə institusional əməkdaşlığın əhəmiyyəti də qeyd edilib. Bu yanaşma göstərir ki, Vaşinqtonda Azərbaycan yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, enerji təhlükəsizliyi, Orta Dəhliz, Şərq–Qərb bağlantıları və Mərkəzi Asiyaya çıxış baxımından da əhəmiyyətli tərəfdaş kimi nəzərdən keçirilir. Konqres səviyyəsində belə mövqelərin səsləndirilməsi iki ölkə arasında siyasi dialoqun institusional əsaslarının genişlənməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verə bilər”.

Politoloq qeyd edib ki, Azərbaycan–ABŞ münasibətlərinin perspektivində regional sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır:

“Azərbaycanın regiondakı rolunu Konqres üzvünün vurğulaması Bakının yaratdığı yeni geosiyasi və geoiqtisadi reallıqların ABŞ siyasi dairələrində daha çox nəzərə alındığını göstərən siqnal kimi qiymətləndirilə bilər. Bununla belə, bir konqresmenin mövqeyi bütövlükdə ABŞ Konqresinin vahid mövqeyi kimi qəbul edilməməlidir. Əgər bu yanaşma daha geniş institusional əməkdaşlıqla müşayiət olunarsa, Azərbaycanla ABŞ arasında enerji, nəqliyyat, təhlükəsizlik, investisiya və regional bağlantılar üzrə əməkdaşlığın genişlənməsi üçün əlavə imkanlar yarana bilər".

Nurgün Qənizadə

#gündəm #rolu #bakı–vaşinqton #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər