00:00:00
Yazar
Səadət Əlizadə
22.10.2026 22:10 29 1 dəq oxuma
Siyasət

Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq

Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq

Azərbaycanın xarici iqtisadi mövqeyinin yaxın dövrdə gözləniləndən daha sürətlə yaxşılaşacağı proqnozlaşdırılır. Qlobal iqtisadi proseslər, xarici ticarət əlaqələri və ölkənin qeyri-neft sektorunun inkişafı bu istiqamətdə mühüm rol oynaya bilər. 
 

 

Mövzu ilə bağlı deputat Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın xarici iqtisadi əlaqələrində əsas məqamlardan biri qeyri-neft sektorunda daha çox ölkə ilə əməkdaşlığın qurulmasıdır:

 

"Hazırda Azərbaycan şirkətləri Avropa, Mərkəzi Asiya və digər regionlarda sərmayə qoyuluşları həyata keçirirlər. Eyni zamanda, Mərkəzi Asiyanın bir sıra ölkələri ilə birgə investisiya fondları fəaliyyət göstərir və bu fondlara əhəmiyyətli həcmdə vəsait yönəldilir. Bu da Azərbaycan sərmayəsinin xarici ölkələrin iqtisadiyyatına cəlb olunmasına və gəlir əldə etməsinə şərait yaradır".

 

Əlavə olaraq deputat bildirib ki, qeyri-neft-qaz ixracatında da artım müşahidə olunur:

 

"Ötən il qeyri-neft-qaz ixracının həcmi 3,6 milyard dollara yaxın olub və 2026-cı ildə bu göstəricinin daha da artacağı gözlənilir. Onun sözlərinə görə, ixracın genişlənməsi ölkəyə daxil olan valyutanın həcminin artmasına imkan yaradır".

 

Nəticə olaraq bildirib ki, müxtəlif ölkələrə sərmayə qoyuluşları və ixrac coğrafiyasının genişlənməsi Azərbaycanın xarici iqtisadi əlaqələrdə mövqeyini gücləndirməklə yanaşı, strateji tərəfdaşlarla iqtisadi əməkdaşlığın inkişafına da töhfə verir.


 

Aysun Xəlilova

#xarici #daha #sürətlə #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər