00:00:00
Yazar
Zəhra Həsənova
19.05.2026 21:48 42 2 dəq oxuma
Siyasət

“Azərbaycanla BƏƏ arasında uzunmüddətli münasibətlər mövcuddur”- Politoloqdan AÇIQLAMA

“Azərbaycanla BƏƏ arasında uzunmüddətli münasibətlər mövcuddur”- Politoloqdan AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail əl-Mazrouei ilə görüş keçirib. Görüş zamanı Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı, enerji əməkdaşlığı və bərpaolunan enerji sahəsində perspektivlər müzakirə olunub. Qonaq həmçinin Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası münasibətilə təbriklərini çatdırıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki, Azərbaycanla BƏƏ arasında uzunmüddətli və geniş münasibətlər mövcuddur:


“Bu münasibətlər bir çox sahələri əhatə edir. Buraya turizm, yaşıl enerji, digər enerji resursları və yeraltı sərvətlərlə bağlı əməkdaşlıq daxildir. Eyni zamanda turizm sahəsi də bu münasibətlərdə mühüm yer tutur. Bütün bu istiqamətlər Azərbaycanla BƏƏ arasında imzalanan müqavilələrdə öz əksini tapır. Daha əvvəl aparılan danışıqlarda da qeyd olunduğu kimi, bugünkü görüş bu əməkdaşlığın daha da genişləndirilməsi və mövcud infrastruktur layihələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Bu isə o deməkdir ki, Azərbaycanla BƏƏ arasında yeni enerji layihələrinin həyata keçirilməsi və əməkdaşlıq imkanlarının yaranması mümkündür. BƏƏ vasitəsilə Azərbaycana yatırılan investisiyalar da burada mühüm rol oynayır. Çünki Azərbaycan Orta Dəhliz üzərində yerləşir və bu dəhliz siyasi-iqtisadi baxımdan BƏƏ üçün Orta Asiyaya açılan mühüm qapılardan biridir. Bu əməkdaşlıq logistika baxımından da böyük əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi, Qara dənizə çıxış, Xəzər dənizi üzərindən nəqliyyat imkanları BƏƏ üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda iki ölkə arasında turizm mübadiləsinin inkişafı da diqqət mərkəzindədir. Bununla yanaşı, yaşıl enerji və ağıllı şəhər konsepsiyası istiqamətində BƏƏ böyük nailiyyətlər əldə edib və Azərbaycan da bu təcrübəni yeni bölgələrdə tətbiq edə bilər. Təbii ki, bütün bunların həyata keçirilməsi üçün siyasi sabitlik və yüksək səviyyəli münasibətlər vacibdir. Çünki qoyulan investisiyalar və həyata keçirilən layihələr siyasi dəstəklə müşayiət olunmalıdır. Bu isə hazırda Azərbaycanla BƏƏ arasında mövcuddur. İki  ölkə arasında qarşılıqlı güvən amili də mühüm rol oynayır. İnvestisiyaların təhlükəsiz və etibarlı şəkildə qorunması siyasi münasibətlərin sağlam olmasından asılıdır. Bundan əlavə, hər iki ölkənin BMT, COP və digər beynəlxalq platformalarda əməkdaşlığı münasibətlərin inkişafına əlavə töhfə verir. Eyni zamanda, BƏƏ rəhbərliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında şəxsi münasibətlər də əməkdaşlığın inkişafında mühüm rol oynayır. Göründüyü kimi, iki ölkə arasında münasibətlər hazırda yüksək səviyyədə davam edir”.


Gövhər Mehyəddinova

#azərbaycan #mövcuddur”- #“azərbaycanla #bəə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər