00:00:00
Yazar
Lalə Qafarova
25.02.2026 19:59 22 1 dəq oxuma
Siyasət

"Azərbaycanla Ermənistan arasında normallaşma regionun mənzərəsini sabitləşdirir" - Nikoloz Samxaradze

"Azərbaycanla Ermənistan arasında normallaşma regionun mənzərəsini sabitləşdirir" - Nikoloz Samxaradze

Nikoloz Samxaradze bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə töhfə verir. O, bu fikirləri Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında səsləndirib. Gürcüstan tərəfinin sülh prosesini dəstəklədiyini deyən Samxaradze, ölkəsinin tərəflər arasında vasitəçi rolunu oynamağa hazır olduğunu da qeyd edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, Cənubi Qafqazın sülhə ehtiyacı var:

 

"Həm ənənəvi müharibələrin başa çatması, həm də burada bir önəmli faktor var ki, onu qeyd etmək lazımdır. Bu da ondan ibarətdir ki, Qafqazda münaqişələrin nəticəsində qlobal güclər müdaxilə edir və bunun qarşısının alınması bölgəyə böyük ölçüdə kömək edə bilər. Unutmaq olmaz ki, Qafqaz dünyanın əsas nəqliyyat marşrutlarından birinə çevrilə bilər. Bu baxımdan Gürcüstanın rolu ümumilikdə regional inteqrasiya üçün çox önəmlidir və Gürcüstan prosesdən kənarda qalmamalıdır. Azərbaycanın əsas məqsədlərindən biri də nəqliyyat yollarının diversifikasiyasıdır. Parlament görüşləri bir neçə diplomatik platformanı əhatə edir. Bu çərçivədə müxtəlif institutlarda görüşlər nəzərdə tutulur. Şübhəsiz ki, mühüm platformalardan biri də parlamentlərdir. Yəni ‘vasitələri heç vaxt tükəndirməmək’ prinsipinə əsaslanmaq lazımdır".

 

Reyhan Quliyeva

#regionun #azərbaycan #ermənistan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər