00:00:00
Yazar
Zəhra Həsənova
12.05.2026 22:38 29 2 dəq oxuma
Siyasət

Azərbaycanla Kanada arasında əlaqələr müzakirə olunub

Azərbaycanla Kanada arasında əlaqələr müzakirə olunub

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov Kanadanın Xarici Xidmət İnstitutunun baş direktoru Stefan Jobin ilə görüş keçirib.

 

Görüş zamanı tərəflər peşəkar əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı dialoqun gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki, Azərbaycan Kanada münasibətlərinin inkişaf etdirilməsi heç şübhəsiz ki, Azərbaycanın xarici əlaqələrinin şaxələndirilməsi və xüsusilə də, Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi kontekstində təhlil edilib, qiymətləndirilməlidir:

 

"Bildiyiniz kimi, son zamanlar Kanadanın özünün Avropa İttifaqı ilə yaxınlaşması siyasəti də yürüdülür və bu baxımdan, Kanada Azərbaycan münasibətlərinin məzmununa və keyfiyyətinə yeni ştrixlərin əlavə edilməsi, münasibətlərin arealının genişləndirilməsi heç şübhəsiz ki, Azərbaycan tərəfinin də marağındadır. Düşünürəm ki, Kanada dövləti də Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı ola bilər. Çünki həm ticarət, həm iqtisadiyyat, həm də Şərqdən Qərbə uzanan orta dəhliz üzərində həlledici ölkə olan Azərbaycan da bu gün dünya siyasətində, xüsusilə də, Avropa ilə siyasətini sinxronlaşdıran Kanada üçün önəmlidir. Və bu baxımdan hər iki ölkənin qarşılıqlı maraqları və xüsusilə, siyasi maraqları əməkdaşlığın genişləndirilməsi üçün yeni zəmin və fürsətlər yaradır. Eyni zamanda, bu siyasi əməkdaşlığın daha da inkişaf elətdirilməsi, daha da etimadlandırılması üçün tərəflər arasında iqtisadi və investisiya sahələrində də əlaqələrin genişləndirilməsi, o cümlədən, yüksək texnologiyalar istiqamətində əlaqələrin qurulması hər iki tərəfin marağında olan mövzulardandır".

Aişə Mustafayeva

#azərbaycanla #əlaqələr #arasında #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər