00:00:00
Yazar
Admin User
29.12.2025 18:17 80 1 dəq oxuma
Sosial

Azad edilən ərazilərdə daha 3 stansiyanın işi bərpa olunub

Azad edilən ərazilərdə daha 3 stansiyanın işi bərpa olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, "AZCON Holding" şirkətlərindən olan “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət ardıcıl şəkildə həyata keçirir.

 

"İnformator.az" xəbər verir ki, 29 dekabr 2025-ci il tarixində Ağdərə rayonu ərazisində yerləşən Talış, Kiçik Qarabəy və Həsənriz Radio-Televiziya Yayım Stansiyalarının işi bərpa edilib.

 

Bununla da işğaldan azad edilən ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 11-ə çatdırılmaqla rəqəmsal televiziya və FM radio yayımlarının əhatəsi və siqnal keyfiyyəti artırılıb.

 

Qeyd edək ki, 2026-cı il üzrə əhalinin köç qrafiki diqqətdə saxlanacaq və radio-televiziya proqramlarının tələb olunan ərazilərdə yayımının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər