Azad Hümbətov
Azad Hümbətov… Adı azadlıq deməkdir, özü isə bu azadlığı canı bahasına gerçəyə çevirən bir qəhrəmandır. O, Vətən Müharibəsinin od-alov içində keçdiyi günlərdə-Laçın istiqamətində gedən döyüşlərdə mərdlik, cəsarət və fədakarlığın rəmzinə çevrilib.
Azadın döyüş yoluna baxanda anlayırsan ki, bəzi insanlar sadəcə yaşamaq üçün deyil, yaşatmaq üçün doğulur. O, bir an belə tərəddüd etməyib. Ön cəbhədə düşmənlə üz-üzə gələndə onun gözlərində qorxu yox, qürur vardı. Çünki o bilirdi-bu mübarizə təkcə torpaq üçün deyil, millətin namusu, bayrağın şərəfi, Vətənin gələcəyi üçündür.
Şəhidlik zirvəsinə ucaldığı gün o, ölməyib-sadəcə, torpağa qarışıb Vətənlə birləşib. Bu gün Laçının dağları, sıldırımlı qayaları, azad edilən torpaqlar Azadın ruhunu daşıyır. Hər dəfə orada dalğalanan üçrəngli bayraq onun qəhrəmanlığını xatırladır.
Azad Hümbətov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Amma bu ad təkcə rəsmi titul deyil-bu, onun qanı ilə yazılan, tarixə həkk olunan bir şərəf nişanıdır.
Bəli, Azad gedib… amma onun adı, onun mübarizliyi, onun azad ruhu bu xalqın yaddaşında əbədi yaşayacaq. Çünki Azad Hümbətov azadlığın öz simasıdır.
Banuçiçək Məmmədova
