Azad Rəhimov: İkinci Avropa Oyunlarının bu səviyyədə keçirilməsini gözləmirəm
“I Avropa Oyunlarında bilet satışı ilә bağlı texniki problem yoxdur.”
İnformator xəbər verir ki, I Avropa oyunları ilə bağlı keçirilən ənənəvi mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov məlumat verib. O bildirib ki, biletlərə olan təlabat oyunlara marağın yüksәk olmasının təzahürüdür: “I Avropa oyunları ilə bağlı biletlər gizlədilmir. Bütün biletlәrin satışı şәffaf şәkildә hәyata keçirilir və bu proses yüksәk sәviyyәdә təşkil olunub. Bu günə qədər idman yarışlarını 30 min tamaşaçı izlәyib”.
Nazir eyni zamanda qeyd edib ki, biletlər açıq satışdadı və hamısının satılmasına çalışırlar: “Biletlər hamısı açıq satışdadır. biz onu saxlamırıq ayrı bir məqsədlə. Çalışırıq ki hamısı satılsın. Bəzi yarışlar var ki ora maraq çox yüksəkdir. Bu əsasən bizim ənənəvi idman yarışlarıdır. Hansıv ki bilet tapmaq həqiqətən də çox çətindir.”
Azad Rəhimov Bakıda keçirilən ilk Avropa Oyunlarını növbəti Avropa oyunlarıyla da müqayisə edib. “Mən gözləmirəm ki, 2,3,4 cü Avropa oyunları belə bir səviyyədə keçirilsin. Bizim əsas məqsədimiz idmançılardır, avropa idmançılarıdır hansılar ki, illərlə qitə oyunlarsız qalmışdılar. Və onların yüksək naliyyətləridir”,- deyə A.Rəhimov əlavə edib.
Əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq isə bu gün ölkәni tәrk edәn idmançıların sayını açıqlayıb. Bildirib ki, gәlәnlәrin sayı yarışlar bitdiyi üçün Azərbaycanı tərk edənlərdən 3 dәfә çoxdur.
