00:00:00
Yazar
Admin User
08.07.2015 10:26 657 1 dəq oxuma
Siyasət

Azay Quliyev yenidən ATƏT PA-nın Büro üzvü və Komitə sədrinin müavini vəzifəsinə seçilib

Azay Quliyev 3-cü dəfə Komitə sədrinin müavini və Assambleyanın Büro üzvü vəzifəsinə seçilib.
Azay Quliyev yenidən ATƏT PA-nın Büro üzvü və Komitə sədrinin müavini vəzifəsinə seçilib

Bu gün Helsinkidə, ATƏT Parlament Assambleyasının 24-cü yay sessiyası çərçivəsində, qurumun Siyasi məsələlər və təhlükəsizlik komitəsinin (1-ci komitə) iclasında rəhbər vəzifələrə seçkilər keçirilib. Milli Məclisdən bildiriblər ki, azərbaycanlı millət vəkili Azay Quliyev 3-cü dəfə Komitə sədrinin müavini və Assambleyanın Büro üzvü vəzifəsinə seçilib.

Eyni zamanda, Amerikalı senator Roger Viker təkrar olaraq Komitənin sədri, İsveçli Marqarita Kaderfelt isə ilk dəfə olaraq Komitənin məruzəçisi vəzifəsinə seçilib.

Xatırladaq ki, Azay Quliyev 2013-cü ildə ATƏT PA-nın İstanbulda keçirilən illik sessiyasından etibarən bu vəzifəni tutur.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər