Azərbaycan 750 milyon dollarlıq kredit götürdü
Mayın 5-də Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) arasında 1 milyard dollar məbləğində investisiya proqramı üzrə Anlaşma memorandumu imzalanıb
Mayın 5-də Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) arasında 1 milyard dollar məbləğində investisiya proqramı üzrə Anlaşma memorandumu imzalanıb.
Protokol Azərbaycan ilə AİB arasında elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan investisiya proqramı üzrə kreditin ayrılması ilə bağlıdır.
AİB proqramı 750 milyon dollar dəyərində çoxtranşlı maliyyələşdirmə mexanizmi vasitəsilə dəstəkləyir. Bu mexanizm çərçivəsində birinci mərhələ üçün ilk olaraq 250 milyon dollar kredit ayrılacaq.
Qeyd edək ki, müqaviləni Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev və AİB-in vitse-prezidenti Vencchay Jangın imzalayıb.
Kreditin dəyəri 750 milyon dollar dəyərindədir.
Xatırladaq ki, müqavilə respublika ərazisində elektrik enerjisi təminatının təkmilləşdirilməsi və daha da yaxşılaşdırılması məqsədilə imzalanıb.
Məlumat üçün bildirək ki, AİB Azərbaycana bu günə qədər - 1999-cu ildən bu yana 2.1 milyard dollar vəsait ayırıb.
Onu da əlavə edək ki, görüləcək işlərin həcmi 1 milyard dollar təşkil edir. Yerdə qalan 250 milyon dollar vəsait isə “Azərişıq” ASC-yə Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
