00:00:00
Yazar
Admin User
09.01.2026 16:03 73 2 dəq oxuma
Siyasət

"Azərbaycan-ABŞ əlaqələri mühüm əhəmiyyət kəsb edir"

"Azərbaycan-ABŞ əlaqələri mühüm əhəmiyyət kəsb edir"

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan hər zaman bu münasibətlərə xüsusi önəm verib, onların inkişafı istiqamətində ardıcıl səylər göstərib və münasibətlər tarixində ümumilikdə yüksələn xətt formalaşıb.

 

Mövzu ilə bağlı olaraq siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan balanslı siyasət yürüdərək ABŞ və Rusiya ilə yaxın əlaqələr qurur və milli maraqlarını əsas tutur:

 

“Azərbaycan bütün ölkələrlə yaxın əməkdaşlıq etməkdə maraqlıdır, xüsusilə də Amerika ilə daim yaxın əlaqələrin qurulmasına cəhd edib. Biz bunun indi də şahidiyik, gələcəkdə də təbii ki, şahid olacağıq. Eyni zamanda Azərbaycan balanslı siyasətə daim üstünlük verir və balanslı siyasətlə təbii ki, Rusiya və Amerika arasında fərq qoymur. Hər iki super güclə yaxın əlaqələr qurmağa çalışır.

Təəssüflər olsun ki, zaman-zaman Amerika tərəfinin günahı səbəbindən Azərbaycan-Amerika əlaqələrində müəyyən qədər eniş yaşanır. Bu, daha çox demokratların hakimiyyəti dövrünə təsadüf edir. Son olaraq da Biden dövründə biz bunun şahidi olduq. Amma artıq son bir ildə münasibətlər yüksələn xətlə gedir. Tramp hakimiyyəti dövründə isə Azərbaycanla əlaqələrə xüsusi önəm verilib. O, Azərbaycanla əlaqələrə yüksək dəyər verdiyini dəfələrlə bəyan edib. Ötən ilin avqust ayında Azərbaycan Prezidentinin ABŞ-də yüksək səviyyədə qarşılanması, onun Tramp tərəfindən yaxın tərəfdaş kimi qəbul olunması, güclü lider kimi qiymətləndirilməsi Vaşinqtonun Azərbaycana verdiyi önəmin göstəricisi idi. Bu münasibətlərin səbəbsiz olmadığını düşünürəm. ABŞ Qafqazda lider ölkənin Azərbaycan olduğunu anlayır və bu regionda maraqlarının qorunmasında Azərbaycanın rolunun fərqindədir.

Azərbaycan isə balanslı siyasət çərçivəsində ABŞ-ni heç vaxt kənarda qoymaq istəmir. ABŞ dünyanın əsas super gücüdür və Azərbaycan onunla daim yaxın əməkdaşlıq etməyə çalışıb. Təbii ki, qarşı tərəfin də buradakı rolu az deyil. ABŞ anlamalıdır ki, Azərbaycan öz dövlətçiliyini qorumaq və milli maraqlarını təmin etmək üçün lazım olan addımları atacaq”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər