00:00:00
Yazar
Admin User
09.01.2026 15:14 97 2 dəq oxuma
Siyasət

Azərbaycan-Çin əməkdaşlığı: Balanslı siyasətlə iqtisadi potensialın genişləndirilməsi

Azərbaycan-Çin əməkdaşlığı: Balanslı siyasətlə iqtisadi potensialın genişləndirilməsi

Azərbaycan ilə Çin arasında strateji və hərtərəfli strateji tərəfdaşlıq münasibətləri ikitərəfli əlaqələrə güclü təkan verib. Əmtəə dövriyyəsi rekord həddə çatıb, Çin şirkətləri Azərbaycana aktiv şəkildə investisiya qoymağa başlayıb. Əməkdaşlıq bərpaolunan enerji, yaşıl nəqliyyat, texnologiya və logistika sahələrini əhatə edir. Çinlə əməkdaşlıq Orta Dəhlizin inkişafını sürətləndirir və Azərbaycanın regional və qlobal proseslərdə rolunu gücləndirir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət "İnformator.az" a açıqlamasında bildirib ki, mövcud şəraitdə Çinlə iqtisadi, ticari və siyasi sahələrdə əməkdaşlıq Azərbaycan üçün vacibdir və bu əməkdaşlıq ölkənin maraqlarına cavab verir:

 

"Bu səbəbdən Azərbaycan Çinlə əlaqələrini genişləndirir. Çin şirkətləri artıq Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərir və bu əməkdaşlıq Azərbaycanın iqtisadi imkanlarının daha da artmasına şərait yaradır. Lakin nəzərə almaq lazımdır ki, yaxın perspektivdə Çinin beynəlxalq miqyasda təzyiqlərə və sanksiyalara məruz qalması ehtimalı da istisna edilmir. Necə ki, bu gün Rusiya və İran belə sanksiyalarla üz-üzədir, gələcəkdə oxşar vəziyyət Çinə qarşı da yarana bilər. Bu baxımdan Azərbaycan Çinlə əməkdaşlıqda ehtiyatlı davranmalı və mümkün riskləri əvvəlcədən nəzərə almalıdır. Hazırkı mərhələdə beynəlxalq vəziyyət nisbətən sabitdir və mövcud imkanlar mövcuddur. Buna görə də Azərbaycan Çinin iqtisadi potensialından maksimum dərəcədə faydalanmağa çalışır. Bu yanaşma ölkənin hazırda yürüdülən dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan uzun illərdir balanslı xarici siyasət yürüdür. Dövlət olaraq həm Qərb ölkələri, həm də Çinlə münasibətlər yüksək səviyyədə saxlanılır. Bu münasibətlərin bu cür qurulması tərəflərin heç birini narahat etmir. Azərbaycan Qərblə əlaqələrinə görə Çini, Çinlə əməkdaşlığına görə isə Qərbi narahat etmir. Qərb ölkələri adətən onlarla əməkdaşlıq edən dövlətlərdən rəqib hesab etdikləri ölkələrlə yaxın münasibətlər qurmamağı gözləyirlər. Lakin Azərbaycan bütün dövrlərdə “qızıl orta” prinsipini əsas götürərək hamı ilə bərabər və qarşılıqlı faydalı münasibətlər qurmağa çalışıb.Hazırkı şəraitdə Azərbaycanın həm Qərblə, həm də Çinlə münasibətləri məhz bu balans əsasında inkişaf edir. Heç bir tərəfin maraqları digər tərəfin maraqları hesabına üstün tutulmur. Hər iki tərəf bu siyasətdən razıdır.Əlbəttə, bu vəziyyətin uzunmüddətli perspektivdə dəyişməyəcəyini dəqiq demək çətindir. Lakin hazırda mövcud olan əlverişli şəraitdən maksimum istifadə etmək Azərbaycanın maraqlarına uyğundur".

 

Ayşən Səlimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər