00:00:00
Yazar
Admin User
21.11.2025 18:54 86 2 dəq oxuma
Sosial

Azərbaycan D-8 çərçivəsində yeni media əməkdaşlığına start verir

Azərbaycan D-8 çərçivəsində yeni media əməkdaşlığına start verir

Azərbaycan D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və ona ev sahibliyi etməyə hazırdır.

 

"Azərbaycan oktyabr ayında ilk dəfə D-8 İqlim və Şəhər Dialoqunu, noyabr ayında isə təşkilatın 2030-cu ilə qədər yol xəritəsinin nəzərdən keçirildiyi D-8 komissarlarının qeyri-rəsmi görüşünü keçirib".

 

Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, belə bir əməkdaşlıq həm informasiya mübadiləsinə, həm də media sahəsində qarşılıqlı inkişaf imkanlarına yol açır:

 

“D-8 ölkələrinin — yəni Azərbaycan, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan, Türkiyə və hətta Banqladeş kimi dövlətlərin — birgə media mərkəzləri yaratması təqdirəlayiq bir təşəbbüsdür. Bu ölkələr arasında xüsusilə Türkiyə, Pakistan, Misir və İndoneziya kimi inkişaf etmiş və mükəmməl media sisteminə malik dövlətlər var. Belə bir əməkdaşlıq həm informasiya mübadiləsinə, həm də media sahəsində qarşılıqlı inkişaf imkanlarına yol açır.

Müzakirə olunan əsas məqam odur ki, bu əməkdaşlıq çərçivəsində media sahəsində təcrübə mübadiləsi, ortaq tədbirlərin təşkili, görüşlərin keçirilməsi kimi təşəbbüslər Azərbaycan mediasının inkişafına təkan verə bilər. Şəxsən mən çox istərdim ki, bu əməkdaşlığın istiqamətlərindən biri də ekoloji məsələlərə yönəlsin. Çünki bu ölkələrin əksəriyyəti ciddi ekoloji problemlərlə üz-üzədir. İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyə kimi dövlətlərdə su qıtlığı, ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi kimi ciddi problemlər mövcuddur.

Xüsusilə də su ehtiyatları məhdud olan Pakistan, Nigeriya və Misir kimi ölkələrlə təcrübə mübadiləsi aparmaq, suyun qənaətli istifadəsi, çayların, göllərin və dənizlərin qorunması ilə bağlı birgə təşəbbüslər irəli sürmək çox əhəmiyyətlidir. Bu məqsədlə ortaq ekoloji media forumlarının keçirilməsi də faydalı ola bilər.

Bu müsbət yanaşmanı dəstəkləyirəm və əminəm ki, əgər bu təşəbbüs reallaşsa, Azərbaycan geniş coğrafiyada öz məlumatlarını ötürmək, yaymaq, təbliğ etmək imkanı əldə edəcək. Eyni zamanda, bu həm turizmin inkişafına, həm də ekoloji, siyasi və iqtisadi problemlərin həllinə müəyyən qədər töhfə verə bilər".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər