00:00:00
Yazar
Admin User
31.01.2015 11:46 401 1 dəq oxuma
Siyasət

"Azərbaycan ədalətin və demokratiyanın xeyrinə səs verdi,"- Sergey Narışkin

RF Dövlət Dumasının spikeri Sergey Narışkin “Vesti 24” telekanalının “Mneniye” verilişində AŞPA-nın sonuncu sessiyası haqqında təəssüratlarını bölüşüb.
"Azərbaycan ədalətin və demokratiyanın xeyrinə səs verdi,"- Sergey Narışkin

RF Dövlət Dumasının spikeri Sergey Narışkin “Vesti 24” telekanalının “Mneniye” verilişində AŞPA-nın sonuncu sessiyası haqqında təəssüratlarını bölüşərək deyib: “AŞPA deputatlarının orta hesabla üçdə bir hissəsi qətiyyətli, sağlam düşüncəli və namuslu insanlar, hər şeyi anlayan və ədalətə səs verən, ədalətə səs verməyə qorxmayan parlamentarilərdir. Azərbaycan parlament nümayəndə heyətindən olan dostlarımız və həmkarlarımız özlərinin lazım bildikləri kimi, ədalətin, sağlam düşüncənin və demokratiyanın xeyrinə səs verdilər. Bu, nümunədir”.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının həmin sessiyasının gedişində Rusiya səsvermə hüququnu itirərək bir il müddətinə AŞPA-nı tərk edib.

AZƏRTAC

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər