00:00:00
Yazar
Admin User
03.11.2015 11:41 343 1 dəq oxuma
Sosial

Azərbaycan diasporu Amsterdam Universitetinin rəhbərliyinə etiraz bəyanatı ünvanlayıb

Azərbaycan-Türk Kültür Mərkəzi Niderland Krallığının paytaxtındakı Amsterdam Azad Universitetində erməni lobbisinin planlaşdırıdığı tədbirlə əlaqədar ali təhsil ocağının rəhbərliyinə bəyanat göndərib.
Azərbaycan diasporu Amsterdam Universitetinin rəhbərliyinə etiraz bəyanatı ünvanlayıb

Azərbaycan-Türk Kültür Mərkəzi Niderland Krallığının paytaxtındakı Amsterdam Azad Universitetində erməni lobbisinin  planlaşdırıdığı tədbirlə əlaqədar ali təhsil ocağının rəhbərliyinə bəyanat göndərib.

Bu ölkədəki erməni diasporu noyabrın 7-də adı çəkilən universitetdə qondarma “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş “Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminar keçirməyi, tədbirə separatçı rejimin “millət vəkili” Armen Sarkisyanı dəvət etməyi planlaşdırır.

Azərbaycan-Türk Kültür Mərkəzi isə seminarın keçiriləcəyi Amsterdam Azad Universitetinin rəhbərliyinə etiraz məktubu ünvanlayaraq qondarma “Dağlıq Qarabağ Respublikası”nın Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisini işğalı nəticəsində, Azərbaycan torpaqlarında yaradıldığını onların diqqətinə çatdırıb. Bildirilib ki, “respublikaının” yaradılması üçün Azərbaycanın 7 rayonu işğal edilib, minlərlə insanlar öldürülüb, bir milyon azərbaycanlı doğma yurdundan qovulub.

Bəyanat müəllifləri əlləri qana batan separatçı kriminal rejimin nümayəndəsinin Amsterdam Azad Universitetində çıxışını Niderland Krallığında yaşayan azərbaycanlılarda dərin təəssüf və qəzəb hissi doğurduğunu bildiriblər.

Yerli ictimaiyyəti Dağlıq Qarabağdakı separatçı rejimə qucaq açmamağa çağıran Azərabycan diaspor nümayəndələri ümid edir ki, universitetin müəllim və professor heyəti Azərbaycanın ərazi bütövlülüyü prinsiplərinə hörmətlə yanaşaraq, işğalçı rejimin nümayəndələrinə çıxış etmək üçün şərait yaratmayacaq. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər