00:00:00
Yazar
Admin User
10.01.2026 08:55 90 2 dəq oxuma
Media

Azərbaycan dili

Azərbaycan dili

“İnformator” xəbər verir ki, mövzu ilə bağlı Rafiq Həşimov bildirib ki, bu 3 ayda keçirəcəyimiz görüş faydalı olacaq:

 

“Bu fayda bir tərəfli olmur. Onu deyə bilərəm ki, biz çalışacağıq ki, sizdən öyrənək. Ona görə ki, gənc nəsil adətən daha enerjili olur, daha maraqlı təkliflərlə çıxış edir. Hazırda dünyada 2000-dən çox dil var. Azərbaycan dili bu dillər içində ən zəngin və axıcı olanlar sırasındadır. Nəzər salsanız, görərsiz ki, xalqımız öz dilini həmişə müdrikcəsinə qoruyub. Bir dili xalq qoruyur. Digər yazıçı, müəyyən peşələr isə o dilə xidmət edir. O dildən bəhrələnir. Baxın görün necə gözəl dilimiz, sinonimlərimiz var. Hər dəfə dostlara təklif edirəm ki, zəhmət olmasa masa kitablarınızdan biri olsun görün nə qədər çoxlu zəngin sözümüz var. Bəzən uşaqlara mən söyləyirəm, dostlar ağız nədir. Kənd həyatımızın dərinliklərdən o qədər uzaqlaşmışıq ki, ağzın başqa çoxlu ifadələri var ki…. Onu biz gərək dilimizə, həyatımıza salaq. Bunun üçün yaxşı nümunələr var. Bizim böyük natiqimiz, Ulu öndər qırx beş dəqiqəlik çıxış edib. Biz hər dəfə onu efirdə təqdim edirik. Qırx beş dəqiqə auditoriyanı qarşında saxlamaq çox böyük ustalıqdır. Cənab Prezidentin çıxışları lokanik, əhatəlidir - hər şeyi ehtiva edir. Daha başqa bir nümunə Zəlimxan Yaqub. Görün bizim milli dilimizi necə təqdim eliyib. Digər alimimiz Nizami Cəfərov Azərbaycan dilini akademik səviyyədə necə də təqdim edib. Yəni əslində dilimizin gözəl və yaxşı nümayəndələri olduğunu göstərmək istəyirəm. Qədim Yunanıstanda və Romada dövlət başçıları adətən danışan seçilirdi. Çünki bu danışıq həm də əməl deməkdir. Boş danışıq əməldə özünü tapmırsa, özünü bildirir. Bizim niyyətimiz odur ki, bu görüşlərdən hər tərəf faydalansın. Təşkilatçılara, Akademiyamızın rektoruna, digər işlərdə iştirak edən bütün şəxslərə dərin minnətdarlığımızı bildiririk. Bizim üçün böyük şərəfdir ki, ilk təşəbbüs Azərbaycan televiziyasından başlayır”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər