00:00:00
Yazar
Admin User
16.04.2015 07:20 385 1 dəq oxuma
Sosial

Azərbaycan dili “YouTube” videohostinqinə inteqrasiya edilib

“YouTube” tərtibatçıları doğma dilində onun servislərindən istifadə edən auditoriyanın artırılması üzərində işləməkdə davam edir.
Azərbaycan dili “YouTube” videohostinqinə inteqrasiya edilib

“YouTube” tərtibatçıları doğma dilində onun servislərindən istifadə edən auditoriyanın artırılması üzərində işləməkdə davam edir.

İnformator Rabitə və Yüksək texnologiyalar nazirliyinə istinadən xəbər verir ki, “Google” şirkətinə məşhur olan videohostinq ilk illərdən etibarən çoxdillidir və bu gün şirkət siyahıya Azərbaycan dili daxil olmaqla 15 dil əlavə edib. Beləliklə, servis artıq 76 dildə fəaliyyət göstərir. “YouTube”dan verilən məlumata əsasən, servis bütün internet istifadəçilərinin 95 faizini əhatə edir.

Dəyişikliklər hələ ki, yalnız dil və interfeyslə bağlıdır. İstənilən dili veb səhifənin sol kolontitulunda “Language” siyahısından seçmək mümkündür. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər