"Azərbaycan hüquqi bir dövlətdir və bizdə cinayətkar cəzasız qalmamalıdır"
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev açıqlamasında bildirib ki, insanlığa qarşı ağır cinayətlər törədən şəxslər mütləq cəzalarını almalıdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, ümumiyyətlə, istənilən cinayətkar məsuliyyət daşımalıdır, yəni cəzasını almalıdır:
"İstənilən cinayətə görə cinayətkar cəzasını almalıdır. Əks halda ölkədə qanun-qayda olmaz və özbaşınalıq baş verər. O cümlədən, insanlığa qarşı ağır cinayətlər törədən şəxslərin cəzalandırılması Azərbaycan üçün hüquqi və mənəvi əhəmiyyət daşıyır. Çünki Azərbaycan hüquqi bir dövlətdir, bizdə cinayətkar cəzasız qalmamalıdır, yəni bu ümumi prinsip olmalıdır. Düzdür, praktika da buna həmişə riayət etmək olmur, ədalət mühakiməsindən gizlənirlər və.s. Bəzən məlum olmur cinayətlər, amma yəni prinsip kimi bu olmalıdır, bu baxımındanda onların cəzalandırılması lazımdır. Mənəvi cəhətdəndə ki, hər bir cinayət bir qayda olaraq dövlətin qanunlarına qarşı olmaqla yanaşı, xalqın mənəviyyatına, milli-mənəvi dəyərlərinə qarşı edilən bir əməllərdir. Əgər onlar cəzasız qalarsa, bizim mənəvi dəyərlərimiz də qalmayacaq. Azərbaycan dövlətinin müharibə cinayətlərində İttiham olunan şəxslərin məhkəmə qarşısına çıxarması o mesajı verir ki, Azərbaycan dövləti ilə oyun oynamaq olmaz. Azərbaycan dövlətinə qarşı törədilən hər bir cinayət, xüsusilə də, belə cinayətlər cəzasız qalmamalıdır. Təzyiqlərə baxmayaraq bu prosesin davam etməsi onu göstərir ki, Azərbaycan suveren, müstəqil bir dövlətdir. Yəni bizim daxili işlərimizə heç kim qarışa bilməz. Bəli, biz kimisə məsuliyyətdən azad da edə bilərik, bağışlaya da bilərik. Bu bizim səlahiyyətimizdədir. Amma bunu biz öz iradəmizlə, istəyimizə edəcəyik, əgər etmək lazım olsa,yoxsa kimsənin təsiri ilə deyil".
Aişə Mustafayeva
