00:00:00
Yazar
Admin User
02.02.2026 15:08 50 2 dəq oxuma
Siyasət

Azərbaycan-İsrail

Azərbaycan-İsrail

BMT Baş Assambleyasının qərarına əsasən yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, İsraillə əməkdaşlıq qədimdən gəlir:

 

"Təbii ki, Azərbaycan–İsrail arasındakı əlaqələrin nə qədər yüksək səviyyədə olduğunu izah etməyə gərək yoxdur. Azərbaycanın ən yaxın dostluq və qonşuluq siyasətində İsrail ilk sıralarda gəlir. Xüsusilə də hərbi istiqamətdə, silah alış-verişində Azərbaycanın ən yaxın əməkdaşlıq etdiyi ölkələrdən biri İsraildir. Biz onların satdıqları silahların Vətən müharibəsində nə qədər böyük rol oynadığını şahidi olaraq gördük. Azərbaycanın beynəlxalq məsələlərində də daim İsrailin dəstəyini yanında hiss etməsi bunun sübutudur.

 

Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı, eləcə də İsraillə bağlı hər hansı məsələ müzakirə ediləndə bu iki ölkə bir-birinin yanında olur. Biz buna bu dəfə də şahid olmuşuq. Hesab edirəm ki, Azərbaycan da BMT-Birləşmiş Millətlər Təşkilatının üzvüdür və BMT Baş Assambleyasının qərarına əməl etməsi tamamilə normaldır. Çünki beynəlxalq təşkilat qərar qəbul edirsə, ona daxil olan ölkələr də təbii ki, həmin qərara tabe olurlar və onun icrasında yaxından iştirak edirlər.

 

Ona görə də Azərbaycanın Holokost qurbanlarının anımının qeyd edilməsində qeyri-adi heç bir hal yoxdur, bu tamamilə normaldır. Azərbaycanın nə qədər multikultural və tolerant ölkə olduğunu izah etməyə də ehtiyac yoxdur. Bütün dünya bunu belə qəbul edir. Hesab edirəm ki, Azərbaycan bu məsələdə çox doğru addım atır.

 

İsraillə bağlı istənilən məsələdə Azərbaycan özünə ən yaxın dost hesab etdiyi ölkələrdən birinin İsrail olduğunu düşünərək, bu ölkə ilə bağlı mövqeyini açıq şəkildə ifadə etməlidir. Təbii ki, bu mövqe ifadə olunanda qarşı tərəf də buna öz qarşılığını verməlidir. Biz Vətən müharibəsində Azərbaycana dəstək verən ilk on ölkənin adını sadalasaq, İsrail ilk beşlikdə yer alır. Bunu isə zaman keçdikcə unutmaq olmaz.

 

Regional və beynəlxalq siyasətdə balans məsələsinə gəldikdə isə, Azərbaycan hər zaman balanslı siyasətə üstünlük verir. Ona görə də İsrailə bu qədər açıq formada dəstək verməsi və onunla bağlı məsələlərin icrasında yaxından iştirak etməsi də məhz bu çərçivədə qiymətləndirilməlidir. Düşünürəm ki, Azərbaycan qlobal müstəvidə də doğru addımlar atır. Bir məsələni unutmayaq ki, bayaq da qeyd etdiyim kimi, Azərbaycan daim balanslı siyasətə üstünlük verir və İsraillə bağlı məsələlərdə də bu siyasətinə sadiq qalır".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər