00:00:00
Yazar
Admin User
04.02.2026 14:34 43 2 dəq oxuma
Siyasət

Azərbaycan-İsrail elm və texnologiyada strateji əməkdaşlığa başlayıb

Azərbaycan-İsrail elm və texnologiyada strateji əməkdaşlığa başlayıb

Azərbaycanla İsrail arasında elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. İsrailin Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilir ki, sənəd ortaq maraqların ortaq innovasiyaya çevrilməsini hədəfləyir və tədqiqatçıların, institutların və ideyaların real əməkdaşlıq çərçivəsində birləşdirilməsini nəzərdə tutur.

 

Mövzu ilə bağlı deputat Naqif Həmzəyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla İsrail arasında elm və texnologiya sahəsində Anlaşma Memorandumunun imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənəd tərəflərin strateji tərəfdaşlığını daha dərin və davamlı əsaslara keçirməyi hədəfləyir:

 

“Azərbaycan-İsrail münasibətləri enerji ixracı və müdafiə sahələrində konsentrasiya olub. Lakin elm və texnologiya sahəsində imzalanan sənədlər münasibətlərin yeni istiqamətdə inkişaf etdiyini sübut edir. Elm və texnologiya sahəsində əməkdaşlıq siyasi münasibətlərə xüsusi dərinlik və dayanıqlılıq qazandıran amildir. Tədqiqatçılar, universitetlər və texnoparklar arasında qurulan əlaqələr siyasi konjonkturdan asılı olmayan dayanıqlı şəbəkələr yaradır. Bu, münasibətlərin daha kompleks və qırılmaz olmasını təmin edir”.

 

Naqif Həmzəyev qeyd edib ki, imzalanan Anlaşma Memorandumu Azərbaycanın iqtisadiyyatın diversifikasiyası və texnoloji inkişaf strategiyasına uyğun gəlir:

 

“Texnologiya transferi Azərbaycanın neft-qaz asılılığını azaltmaq və iqtisadiyyatı diversifikasiya etmək strategiyasına birbaşa xidmət edir. İsrailin qabaqcıl texnologiyaları ölkəmiz üçün mühüm imkan yaradır və Azərbaycan da Cənubi Qafqazda əhəmiyyətli tərəfdaş kimi çıxış edir. Azərbaycan-İsrail əməkdaşlığı ölkənin qərb texnologiya ekosistemlərinə inteqrasiyasına imkan verir və beynəlxalq mövqelərin möhkəmlənməsinə töhfə verir. Bu, ölkəmizin çoxvektorlu xarici siyasətinin bariz nümunəsidir və beynəlxalq aləmdə texnoloji suverenliyi artırır. İmzalanan Memorandum ikitərəfli münasibətlərin sadəcə enerji və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığını göstərir. Bu sənəd Azərbaycanın praqmatik xarici siyasətinin və modernləşmə strategiyasının mühüm təzahürüdür. Elmi-texnoloji əməkdaşlıq vasitəsilə yaradılan institusional əlaqələr münasibətlərə uzunmüddətli perspektiv bəxş edir və tərəflərin qarşılıqlı maraqlarını daha dərin şəkildə təmin edir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər