00:00:00
Yazar
Admin User
22.12.2025 17:27 73 2 dəq oxuma
Sosial

Azərbaycan İtaliyadan hindtoyuğu ətinin tədarükünü bərpa edib

Azərbaycan İtaliyadan hindtoyuğu ətinin tədarükünü bərpa edib

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 1 662 ton hindtoyuğu əti idxal edib. İdxalın ümumi dəyəri 3,47 milyon ABŞ dolları təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8 faiz artsa da, kəmiyyət olaraq 38 faiz azalıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, bu göstəricilər bir neçə iqtisadi və qida təhlükəsizliyi amili ilə izah oluna bilər:

 

"Hindtoyuğu ətinin idxalında fiziki həcm azalsa da, ümumi dəyərin artması əsasən məhsulun vahid qiymətinin yüksəlməsi ilə bağlıdır. Buna beynəlxalq bazarda ət qiymətlərinin artması, logistika və daşınma xərclərinin bahalaşması, eyni zamanda daha keyfiyyətli və emal olunan (file, qablaşdırılan, dondurulan xüsusi məhsullar) hindtoyuğu ətinə üstünlük verilməsi təsir göstərə bilər. Xüsusilə, Avropa ölkələrindən, o cümlədən İtaliyadan idxal olunan məhsulların qiyməti adətən daha yüksək olur. Bəli, fərqlər ola bilər. Bu fərqlər əsasən baytarlıq nəzarəti, yemləmə standartları, antibiotik və hormon istifadəsi, kəsim və emal texnologiyaları ilə bağlıdır. Avropa İttifaqı ölkələrində qida təhlükəsizliyi tələbləri daha sərt olduğundan, bu ölkələrdən idxal edilən məhsullar adətən daha yüksək keyfiyyət və izləniləbilənlik səviyyəsinə malik olur. Digər ölkələrdə isə standartlar fərqli ola bilər və bu da həm qiymətə, həm də məhsulun təhlükəsizlik göstəricilərinə təsir edir.

 

Yerli hindtoyuğu istehsalının artırılması idxaldan asılılığın azalmasında mühüm rol oynaya bilər. Bu həm valyuta axınının qarşısını alar, həm də daxili bazarda qiymət sabitliyini gücləndirər. Lakin bunun üçün yem bazasının inkişafı, müasir quşçuluq texnologiyalarının tətbiqi və biosənitar tələblərə ciddi əməl olunması vacibdir. Yerli istehsal keyfiyyət və təhlükəsizlik baxımından rəqabətqabiliyyətli olduğu halda, idxala ehtiyac tədricən azalacaq. İdxal statistikasındakı bu dəyişikliklər bazarın daha bahalı, lakin potensial olaraq daha keyfiyyətli məhsullara yönəldiyini və eyni zamanda yerli istehsalın strateji əhəmiyyətini göstərir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər