00:00:00
Yazar
Admin User
19.12.2025 18:50 112 3 dəq oxuma
Sosial

Azərbaycan müəllimlərinin inkşafında yeni portal

Azərbaycan müəllimlərinin inkşafında yeni portal

Təhsildə keyfiyyətin artırılması birbaşa müəllimin peşəkar səviyyəsindən asılıdır. Rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası isə müəllimlərin bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirməsi üçün yeni imkanlar yaradır. Bu baxımdan Azərbaycan müəllimləri üçün yaradılan yeni inkişaf portalı müasir təhsil çağırışlarına cavab verən mühüm platforma kimi diqqət çəkir.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Kazımov Zaur Rauf oğlu bildirib ki, təhsildə keyfiyyətin yüksəldilməsi bir başa müəllimin peşəkarlığı ilə əlaqəlidir:

 

"Rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası isə müəllimlərə bilik və bacarıqlarını davamlı inkişaf etdirməyə, dərsləri daha rahat təşkil etməyə və effektiv idarə etmə üçün geniş imkanlar yaradır. Bu baxımdan, Azərbaycan müəllimləri üçün hazırlanmış yeni mobil tətbiq müasir təhsil çağırışlarına cavab verən əhəmiyyətli vasitə kimi qiymətləndirilir. Yeni mobil tətbiqin yaradılmasında əsas məqsəd nədən ibarətdir və bu tətbiqin müəllimlərin peşəkar fəaliyyətinin təkmilləşdirilməsinə, tədris prosesinin daha səmərəli təşkilinə və müasir təhsil tələblərinə uyğunlaşdırılmasına hansı töhfələri olacaqdır? Tətbiq müəllimlərin gündəlik tədris fəaliyyətinin daha səmərəli şəkildə təşkilinə dəstək vermək məqsədi ilə hazırlanıb. Rahat və funksional istifadəçi təcrübəsi təqdim edən platforma təhsillə bağlı məlumatlara fasiləsiz və çevik çıxış imkanını təmin edir. Platformanın tətbiqi ilə tədrisin məsafədən və istənilən məkandan idarə olunması mümkündür. Belə ki, elektron jurnalın doldurulması artıq yalnız müəllimlər otağı və İT laboratoriyaları ilə məhdudlaşmır, istənilən sinif otağında həyata keçirilir. Eyni zamanda təhsil məlumatlarına biometrik təhlükəsizlik mexanizmləri vasitəsilə giriş təmin edilir, müəllimlər ani bildirişlər vasitəsilə təhsil sahəsindəki yeniliklərdən operativ şəkildə məlumatlandırılır və dərs cədvəllərinin davamlı izlənilməsi mümkün olur.

 

Hazırda mobil tətbiqin istifadəçilərə təqdim etdiyi funksional imkanlar hansılardır?

 

Mobil tətbiqin təqdim etdiyi əsas funksional imkanlar: Tətbiq vasitəsilə dərs cədvəllərinin izlənilməsi, elektron jurnalda qiymətləndirmənin aparılması, gündəlik davamiyyət və nizam-intizamın qeydiyyatı, eləcə də müəllimlərin bir-birini əvəz etməsi ilə bağlı məlumatların sistemli şəkildə aparılması təmin edilir. Bununla yanaşı, illik qiymətlərin izlənməsi və idarə olunması funksionallığı yaradılır. Platforma müəllimlərə öz təhsil və fərdi məlumatlarına-ayrılan dərs saatlarına, əvəzləmələrə, əməkhaqqına və digər müvafiq göstəricilərə-operativ çıxış imkanı verir. Eyni zamanda müəllimlərin şagirdlərə dair təhsil və fərdi məlumatlara, o cümlədən valideyn məlumatlarına, qaiblərə və onların üzrlü hesab edilməsi ilə bağlı məlumatlara çıxışı təmin olunur. Bundan əlavə, təhsil müəssisəsi haqqında ümumi məlumatların əldə edilməsi, dərs saatlarının və dərs növlərinin müəyyən edilməsi, qiymətləndirmə günlərinin planlaşdırılması, məzmun standartlarının və günün mövzusunun təyin edilməsi tətbiqin əsas funksional imkanları sırasında yer alır.

 

Gələcəkdə mobil tətbiqə müəllim və şagird istiqamətləri üzrə bir sıra yeniliklərin əlavə edilməsi nəzərdə tutulur:

 

Süni intellekt əsaslı rəqəmsal köməkçinin kütləvi sınaq məqsədilə istifadəyə verilməsi, müəllimlərin özləri haqqında verilmiş əmrlərini izləmək imkanının yaradılması, sertifikasiya imtahanları ilə bağlı tarix, nəticə və digər müvafiq məlumatlara çıxışın təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda valideynlərlə kommunikasiya imkanlarının yaradılması və müəllimlərin müxtəlif xüsusi sorğularda iştirakının təşkili həyata keçiriləcəkdir.

 

 

Şagirdlərin təhsil nailiyyətlərinə dair məlumatlarının əlçatanlığı təmin edilir. Belə ki, dövlət və beynəlxalq səviyyəli olimpiadaların nəticələri, buraxılış imtahanlarının göstəriciləri, eləcə də təşkil olunan beynəlxalq monitorinqlərin nəticələri vahid sistem üzərindən izlənilir və təhlil üçün təqdim olunur. Bununla yanaşı, sinif üzrə yerdəyişmələrlə bağlı məlumatların operativ şəkildə əldə edilməsi mümkün olur ki, bu da tədris prosesinin planlaşdırılmasında və idarə olunmasında şəffaflığın və ardıcıllığın təmin edilməsinə xidmət edir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər