Azərbaycan Milli QHT Forumu: Qadın və Uşaq Hüquqları Həmişə Gündəmdə
️ Azərbaycan Milli QHT Forumu qadınların və uşaqların sosial rifahının qorunması, məişət zorakılığı ilə mübarizə və uşaq hüquqlarının müdafiəsi mövzularını daim gündəmdə saxlayır.
“Qadınlar və uşaqlar dayanıqlı cəmiyyətin mərkəzində” mövzusunda keçirilən ictimai müzakirədə QHT nümayəndələri, sahə ekspertləri və ictimai institutlar bir araya gələrək mövcud vəziyyəti və görüləcək işləri müzakirə etdilər.
Tədbirdə əsas diqqət aşağıdakı məsələlərə yönəldi:
-məişət zorakılığına qarşı müdafiə və erkən müdaxilə mexanizmlərinin gücləndirilməsi,
-uşaq hüquqlarının qorunması və erkən nikahların qarşısının alınması,
-yeniyetmə qızların təhsilə çıxış imkanlarının artırılması.
Sonda səsləndirilən əsas mesaj: Dialoq və əməkdaşlıq – dayanıqlı inkişafın əsas yollarından biridir və maariflənmiş qız və güclü qadın cəmiyyətin inkişafının təməlidir.







