Azərbaycan prezidenti Ciddəyə gedib
Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Ciddə şəhərinə gedib.
Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Ciddə şəhərinə gedib.
Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyadda görüşlərini başa çatdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ciddə şəhərinə gəliblər.
Ciddə şəhərinin beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısı və xanımı Ciddə şəhərində yüksək qonaqpərvərliklə qarşılanıb.
AZƏRTAC
