00:00:00
Yazar
Admin User
16.03.2015 09:18 503 1 dəq oxuma
Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Qətərin nəqliyyat nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev Qətərin nəqliyyat nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitini qəbul edib. Nazir Cassim Saif Əhməd Al-Sulaiti ölkəmizdə mövcud olan müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını bildirib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparıldığını deyib. Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən nazir səfərinin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğuladı.

Dövlətimizin başçısı ölkələrimizdə regional nəqliyyat infrastrukturu yaradılması istiqamətində mühüm işlər görüldüyünü, bu sahədə uğurlar əldə edildiyini dedi. Azərbaycan ilə Qətər Dövləti arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirən Prezident İlham Əliyev bu sahədə perspektivləri müəyyənləşdirməyin və birgə səyləri artırmağın vacibliyini qeyd edib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər