00:00:00
Yazar
Admin User
10.02.2015 10:59 505 1 dəq oxuma
Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviçi qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviçi qəbul edib.

Arkadi Dvorkoviç Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ticarət dövriyyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə inkişaf etməsi məmnunluqla qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Prezident Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Federasiyasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

AZƏRTAC

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər