00:00:00
Yazar
Admin User
20.01.2015 11:44 496 1 dəq oxuma
Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Azərbaycan Respublikasının prezidenti, dövlət və hökumət nümayəndələri şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlib.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəlib.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov iştirak edib.




#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər