00:00:00
Yazar
Admin User
13.02.2015 10:15 587 1 dəq oxuma
Siyasət

Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb

Sərəncama əsasən, Dövlət Xidmətinin hərbi qulluqçuları polkovnik Zaur Qasım oğlu Abdullayevə və polkovnik Səxavət İbrahim oğlu Salmanova "general-mayor" ali hərbi rütbəsi verilsi
Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 
 
Sərəncama əsasən, Dövlət Xidmətinin hərbi qulluqçuları polkovnik Zaur Qasım oğlu Abdullayevə və polkovnik Səxavət İbrahim oğlu Salmanova "general-mayor" ali hərbi rütbəsi verilsin.
 
Dövlət başçısının digər sərəncamı ilə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 
 
Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib:
 
Əhmədov Asəf Müzəffər oğlu - polkovnik
 
Əliyev Fikrət Əli Səftər oğlu - polkovnik
 
Şahverdiyev Mayıl Seminar oğlu - polkovnik
 
Babayev Azər Ələddin oğlu - polkovnik-leytenant
 
Baxşəliyev Ziyarəddin Ramazan oğlu - polkovnik-leytenant
 
Əliyev İlqar Əmiraslan oğlu - polkovnik-leytenant
 
Məmmədov Şaiq Bilman oğlu - polkovnik-leytenant
 
Rəhimov Novruz Məmməd oğlu - mayor
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər